Accessibility links

ABŞ hökuməti Johnson & Johnson şirkətindən 100 milyon doz peyvənd almağı planlaşdırır


ABŞ hökuməti COVID-19-a qarşı əlavə 100 milyon tək dozlu Johnson & Johnson peyvəndi almağı planlaşdırdığını bildirib.

Prezident Co Baydenin bu açıqlamanı çərşənbə günü Johnson & Johnson və Merck & Co rəhbərləri ilə görüşündə verəcəyi gözlənilir.

Amerikanın Merck əczaçılıq şirkəti peyvəndi ABŞ-ın Johnson & Johnson şirkəti ilə birgə istehsal edib. ABŞJ ohnson & Johnson-a artıq 100 milyon dozda peyvənd sifariş edib.

Reuters xəbər agentliyi Johnson & Johnson şirkətinin bu həftə heç bir peyvənd verə bilməyəcəyini, tədarükləri bu ayın sonunda davam edə biləcəyini bildirib.

NBC News xəbər agentliyi ABŞ-ın artıq peyvənd istehsalçıları ilə hər bir yetkin amerikalını kifayət qədər dozada peyvəndlə təmin edəcək müqavilələr bağladığını, lakin Johnson & Johnson peyvəndini Pfizer və Moderna ilə problemlər olduğu halda istifadə edəcəyini bildirib.

Üç qitədə aparılan araşdırmaların nəticələri Johnson & Johnson peyvəndinin koronavirusa səbəb olduğu COVID-19-un ağır formalarının, xəstəxanaya aparılmanın və ölüm hallarının 85% qarşını aldığını göstərib. Bu peyvənd Cənubi Afrika variantının yayıldığı ölkələrdə də təsirlidir.

XS
SM
MD
LG