Accessibility links

COVID-19-a qarşı peyvəndlərdən hansı daha effektivdir?


Əgər tənzimləyici orqanlar gözlənildiyi kimi yaxın bir neçə gündə icazə versə ABŞ-da COVID-19-un qarşısını almaq üçün üç peyvənddən istifadə ediləcək.

Dördüncü peyvənddən istifadə dünyanın 50 ölkəsində geniş yayılıb.

Bəs siz hansı peyvəndi vurdurmalısınız?

"İlk mümkün peyvəndi vurdurun. Bunu mən öz ailəmə deyirəm. Hamısı yaxşıdır" - deyə, Meriland Universitetinin Peyvənd İnkişafı və Qlobal Sağlamlıq Mərkəzinin direktoru Ketlin Noyzil bildirir.

Onların hamısının nə dərəcədə təsir etdiyinə görə rəqəmlər bir qədər dəyişir və COVID-19-a səbəb olan koronavirusun yeni variantları əlavə çətinliklər yaradır.

Lakin vacib olan şey insanları ölümdən və ya xəstəxanaya yerləşdirilməkdən qorumaqdır ki, mütəxəssislər bütün peyvəndlərin bunu etdiyini deyirlər.

ABŞ-ın Ərzaq və Dərman Administrasiyasının (FDA) məsləhətçiləri cümə günü əczaçılıq nəhəngi "Johnson & Johnson"un peyvəndini müzakirə etmək üçün toplanacaqlar.

"Moderna" və "Pfizer-BioNTech" şirkətlərinin peyvəndlərindən ABŞ-da artıq geniş istifadə olunur. "AstraZeneca" və Oxford Universitetinin bir dozalı peyvəndlərindən isə Avropa, Britaniya, Cənubi Asiya, Braziliya, Meksika və digər ölkələrdə istifadə olunur.

"Johnson & Johnson"un klinik sınaqlarının nəticələri ABŞ-da mövcud olan digər peyvəndlər qədər təsirli görünmür. Bu peyvənd virusun orta və ağır formalarına qarşı təxminən 66% təsirlidir.

"Moderna" və "Pfizer-BioNTech" peyvəndlərinin ümumi effektivliyinin təxminən 95% olduğu bildirilir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, vaksinlərin sınaqlarında eyni şeylər tədqiq olunmur və ona görə də, göstəriciləri müqayisə etməmək lazımdır.

Noyzilin dediyinə görə, peyvəndlərin hamısı ən ciddi hallara və ölümə qarşı effektivdir. O "Bizi qapalı saxlayan budur. Xəstəxanalarımızı dolduran budur. Biz ağır xəstəliyin qarşısını ala bilsək və ya ağır bir xəstəliyi yüngül bir xəstəliyə çevirə bilsək, normal həyatımıza daha yaxın olacağıq" deyir.

Bu baxımdan bütün peyvəndlər yaxşıdır. Klinik sınaqlar zamanı dörd peyvəndin vurulduğu heç kim COVID-19-dan ölməyib. "Moderna" və ya "AstraZeneca" sınaqlarında ciddi bir vəziyyət də olmayıb. Pfizer tədqiqatında yalnız nəfər xəstəliin ağır formasına yoluxub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG