Accessibility links

Covid-ə qarşı Pfizer peyvəndi quru buzda saxlanmalıdır


Covid-ə qarşı Pfizer peyvəndi quru buzda saxlanmalıdır
please wait

No media source currently available

0:00 0:02:22 0:00

ABŞ-da istifadə üçün təsdiq edilən koronavirusa qarşı Pfizer şirkətinin ilk peyvəndinin ultra-soyuq şəraitdə daşınması üçün quru buzdan istifadə edilməsi özünəməxsus çətinliklər yaradıb.

Quru buz karbon dioksidin qatı formasıdır və mənfi 78 dərəcə Selsi qədər soyuq ola bilər. “Bu bir kürəcikdir, istifadə edəcəkləri şey budur. Gördüyünüz kimi, ağdır və buxar çıxır - quru buz budur” - deyə, Harry Gem bildirir.

Harry Gem on illərdir Ohayod quru buz istehsal edən "Gehm & Sons" şirkətinin sahibidir. O, son həftələr məhsuluna olan tələbin 10-15 faiz artdığını deyir. Bunun səbəbi onunla bağlıdır ki, Covid-ə qarşı Pfizer peyvəndini həddən artıq soyuq temperaturda, mənfi 70 dərəcədə daşınması üçün quru buzdan istifadə edilməlidir.

Pfizer özünün yeni peyvəndini xüsusi hazırlanmış qutularda daşıyır və hər qutudakı quru buz hər beş gündən bir yenisi ilə əvəz olunmalıdır. Ekspert Culi Svan: “Əsas problemlərdən biri odur ki, qutu çox tez-tez açılmamalıdır. Qutu tez-tez açıldıqda quru buz formasını daha tez dəyişir, düzdür? Çünki qutunun içərisindəki temperatur istiləşir.”

Digər problem yüksək miqdarda karbon dioksidin ölümcül ola bilməsi ilə bağlıdır. Xüsusilə də təyyarələrdə. “Təyyarələr uçarkən hava mübadiləsini müəyyən dərəcədə təmin etmək üçün təchiz olunur. Lakin təyyarədə elə bir şey olmamalıdır ki, idarəetmə qabiliyyətini aşsın, təyyarədəki oksigenin səviyyəsini artırsın.”

Quru buza tələbin artmasına baxmayaraq, mütəxəssislər dolaşmaq üçün çox şey olduğunu söyləyirlər. Quru buza tələbatın artmasına baxmayaraq, mütəxəssislər onun kifayət qədər olduğunu deyir.

Quru buzun yeganə alternativi ultra soyuq parametrlərə malik xüsusi soyuduculardır. Bu soyuducular böyük şəhərlərdəki bəzi xəstəxanalar və tədqiqat mərkəzlərində var.

Bu soyuducuları istehsal edən şirkətlər də tələbatın artdığını müşahidə etdiklərini deyir. Dasti Tenni: “Sözün əsl mənasında, təşkilatımıza təxminən 50% daha çox insan cəb etdik. İki-üç milyon dollar dəyərində material aldıq ki, həqiqətən bunun öhdəsindən gələ bilək. İndi tələbat bizim gözlədiyimizdən də artıqdır.”

Digər koronavirus peyvəndləri daha az problemlidir. Moderna peyvəndi mənfi 20 dərəcədə daşına bilər ki, bu da onun daha uzaq bölgələrə daşınmasını asanlaşdıracaq.

Şərhlərə bax

XS
SM
MD
LG