Accessibility links

Qrip və COVİD-in birləşməsi nə kimi fəsadlar verə bilər?


Qrip və COVID-in birləşməsi nə kimi fəsadlar verə bilər?
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Həkimlər və ictimai sağlamlıq mütəxəssisləri Amerikanın şimali yarımkürədəki insanlara həm koronavirus, həm də qrip virusunun eyni zamanda dövriyyəyə girəcəyi yaxın aylarda ən pis vəziyyətə hazırlaşmağı tövsiyə edir. Bunların daha çox ölümə səbəb ola biləcəyi və səhiyyə sistemlərinin yükünün artacağı pronozlaşdırılıb.

Həkimlər bu il qrip peyvəndinin vurulmasının heç vaxt olmadığı qədər mühümlüyünü qeyd edir. Onlar 6 aydan başlayaraq peyvəndlərin vurulmasını məsləhət görür.

Süzan Rem Klivlend klinikasında infeksion xəstəliklər üzrə mütəxəssisdir.

Biz bəzilərinin həm qrip, həm də COVİD-19 xəstəliyini eyni zamanda keçirəcəyini gözləyirik. Bu dağıdıcı olmaqla yanaşı, həm də geniş yayıla bilər. Hər iki va ya hər bir halda ölüm halları riski mövcuddur. Həm qripin, həm də COVİD-in qarşısını almaq üçün hər şeyi etmək istəyirik.”

Hər iki də tənəffüz xəstəliyi olan virus və qrip ölüm potensialına malikdir. Qrip mövsümü isə artıq başlayıb.

Bu mövsümə əllərimiz arxadan bağlı giririk. Biz həm də vaksinlərə etibarın azaldığı bir şəraitdə çalışırıq” - deyə, Dyuk Universitetinin alimi Lavanya Vasidevan bildirib.

Alimlər uşaqlara peyvənd vurulmasının kəskin şəkildə azaldığını deyir. Pandemiyaya görə həkim ziyarətlərinin azalmasına baxmayaraq, qorxmağa ehtiyac olmadığı bildirilir.

Bütün tibb müəssislərə ətraf mühitin təmizliyi üçün əlavə təhlküəsiz tədbirlərinə əl atıb” , doktor Rem bildirib.

Professor Vasudevanın dediyinə görə, insanlar pandemiya olmadıqda belə qrip peyvəndlərindən imtina edirdi.

Qrip vaksini heç də həmişə effektiv olmur. İnsanlar da bundan bir bəhanə kimi istifadə edir.

Son illərdə ən azı 20%, çox hallarda 60-65% nailiyyət əldə etmişik” - deyə, Dyuk Universitetinin Vaksin İnstitundan Tomas Denni bildirib.

Ekspertlər isə deyir ki, hətta mükkəmməl olmayan vaksinlər belə infeksiyaların ağırlığını azalda bilər.

Belə bir mif də gəzir ki, vaksinlər qrip yaradır. Bu, mümkün deyil. Belə ki, virus hissəcikləri peyvənd tərəfindən məhv edilir. Çünki onların çoxalıb kimisə yoluxdurma qabiliyyəti olmur” , Lavanya Vasidevan bildirib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) bildirdiyinə görə, ötən mövsümlərdə qripdən ölən uşaqların 80% vaksin almamyanlar olub. Dyuk Universitetinin aradırmaları da 2018-ci ildə yaşlı amerikalıların yaınız üçdə bir hissəsinin vaksin vurdurduğunu göstərib.

Xəstəxanaya düşmək və ya ölüm riskləri ən çox uşaqlara aiddir. Hamilə qadınlar və xroniki xəstəlikləri olanlar da bu risk qrupuna daxildir. Bundan əlavə bu qrupda afro-amerikalılar və digər azlıqlar yer alır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG