Pandemiya başladıqdan sonra COVID-lə mübarizə aparan tibb işçiləri müasir qəhrəmanlara çevrilib. Amerikanın Səsinin müxbiri Vladimir Lenski onlara ehtiram olaraq Nyu York şəhərində silsilə rəsm əsərləri yaradan bir sənətkardan danışır.
Doktor Entoni Fauçi Tim Magazine-in 2020-ci il İlin Adamı seçilməyib. Amma Nyu-Yorkdan olan sənətkar koronavirus pandemiyasının vurduğu ildə Fauçini məhz belə təsvir edib. “Bəzi hallarda arxa planda Trampın danışdığı vaxt onun məyus olduğunu görə bilərdiniz. Həmin an Fauçinin üzündəki ifadəni görmək gülməli idi. Mən onun stoaçılığını, intellektini, düşüncəsini və pandemiyada ön planda olan amerikalı şəxsiyyətlərin bir araya gəldiyi bu yığıncaqdakı iştirakını təsvir etməyə çalışdım“ - deyə, Tim Okamura bildirir.
Okamura tibb bacılarına da diqqət yetirib. “Mən COVID xəstələri ilə dolu olan Wykoff Heights Tibb Mərkəzi ilə üzbə-üz yaşayıram. Nyu-Yorkdakı ilk COVID xəstələrindən biri oraya gətirildi və təəssüf ki, vəfat etdi. Mən hər gün xəstəxanadan çıxan tibb işçilərini, onların həyəcanlarını və gərginliklərini görürdüm“.
Okamura sənətini yeni reallığa uyğunlaşdırdı və üz maskaları, əlcəklər çəkməyi öyrəndi. Əksəriyyətinin üzləri qoruyucu vasitələrlə örtülü olduğundan o, həkim və tibb bacılarının adları yazılan etiketlərə xüsusi diqqət ayırırdı. "Biz bir insan olaraq biri ilə əlaqə qurmaq istəyirik və aramızda bir növ əngəlin olduğunu hiss edirik, amma və bu qarşılıqlı əlaqəni tapacağınız yer yalnız gözlərdir."
Cenni Vini yalnız gözlərindən tanımaq olur. İşdə ikən o, həmişə maska taxır. Peyvənd edilən şöbədə 12 saat işlədikdən sonra o, peyvəndin ümidverici olduğunu deyir. “Möhtəşəm bir hissdir, çünki bunun pandemiyaya son verəcəyinə işarə olduğunu hiss edirəm. Kaş bu tezliklə baş verəydi. İnsanların buraya bunun üçün gəldiklərini və bunu məmnuniyyətlə etmək istədiklərini görmək bizim üçün də xoşdur. "
Nyu York Langone Health COVID qurbanlarının xatirəsini anmaq üçün bayraqlarını endirdi. May ayında COVID xəstələri ilə uzun müddət işlədikdən sonra evinə yalnız iki saat müddətinə gedən Vi orada da sakitləşə bilmirdi.
Okamura onunla elə o vaxt görüşüb. “Tibb məktəbində bizə pandemiya ilə necə mübarizə aparmağı öyrətməmişdilər, buna görə də pandemiya başlayanda qorxduq. Hamımızın ailələri, azyaşlı uşaqları, yaşlı valideynləri var və pandemiya başlayanda hər gün necə yaşayacağımızı düşünürdük” deyir, Vi.
Vi deyir ki, COVID peyvəndləri tunelin sonunda bir işıqdır, tunel isə çox uzundur. O, Okamuranın çəkdiyi portretini hələ görməyib, yalnız Instagram-da bir şəkil görüb.
Okamura portreti ona təhlükəsiz vaxtda hədiyyə edəcək. O, digər tibb işçilərinə də təşəkkür etmək və pandemiyanın insan həyatına vurduğu zərərləri xatırlamaq üçün onların portletlərini hədiyyə edəcək.