Accessibility links

ABŞ COVID-19 peyvəndlərinə qarşı Rusiyanın dezinformasiya kampaniyasını qınayıb


Amerika Birləşmiş Ştatları ABŞ-da istehsal olunan COVID-19 peyvəndlərinə qarşı Rusiyanın dezinformasiya kampaniyasını qınayaraq, Moskvanın həyatları riskə atdığını deyib.

Xarici təbliğatın monitorinqini həyata keçirən və Dövlət Departamentinin qolu olan Qlobal Əlaqələr Mərkəzi kampaniyada iştirak edən dörd onlayn platformanın arxasında Rusiya kəşfiyyatının durduğunu bildirib.

Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərə ABŞ-ın Ərzaq və Dərman İdarəsinə (FDA) istinadən "bu ölkədə FDA tərəfindən təsdiqlənmiş peyvəndlərdən ikisi haqqında dezinformasiya dolaşır" deyib.

"Rusiyanın köhnə hiyləgərliklərinə əl atması tam aydındır və bunu etməklə hər gün insanları xilas etdiyini bildiyimiz peyvəndlər haqqında dezinformasiya yayaraq insanları potensial olaraq risk altına alır" - deyə, mətbuat katibi əlavə edib.

Wall Street Journal qəzeti ilk olaraq Qlobal Əlaqələr Mərkəzinin tapıntıları barədə məlumat verərək, veb saytların ABŞ-da istehsal olunan Pfizer-BioNTech və Moderna peyvəndləri haqda məlumatların Rusiyanın istehsal etdiyi Sputnik V-i önə çəkmək üçün açıq bir risk yaratdığını yazıb.

Keçən il AFP-yə verdiyi qiymətləndirmədə Qlobal Əlaqələr Mərkəzi Rusiyaya bağlı minlərlə sosial media hesabının ABŞ-ın iştirakı iddialarını yaymaqla COVID-19-la bağlı məlumatları pozmaqmaqla koordinasiya edilmiş kampaniyaya qatıldığını bildirmişdi.

Mərkəz Çinin qısa müddətdə analoji fəlaiyyətə keçdiyini, lakin nəticədə Pekinin öz peyvəndlərini vurğulamaqla daha uğurlu olduğunu bildirib.

ABŞ kəşfiyyatı 1980-ci illərdə ABŞ alimlərinin QİÇS-ə səbəb olan İİV virusu yaratdıqları barədə mif yaymaq da daxil olmaqla, Rusiyanın uzun müddətdir sağlamlığa dair dezinformasiya kampaniyalarından şübhələnir.

XS
SM
MD
LG