Xüsusilə Amerika, Avropa və Asiyada olmaqla, COVID-19 sağlamlıq cihazlarına olan tələbin artmasına səbəb olub.
Sağlamlığınızı izləyə biləcək naqilsiz və ya iri həcmli olmayan bir cihaz düşünün. BioIntelliSense şirkəti bunun üçün BioButton və Biosticker cihazlarını yaradıb. BioIntelliSense-in təsisçisi Cim Molt: "Ürək döyüntüsü, tənəffüsün sürəti, temperatur, hətta öskürəkyin tezliyi kimi 12 fərqli klinik göstərici."
Yenidən istifadə edilə bilən BioSticker həyati əhəmiyyətli göstəriciləri hər dəqiqədə ölçə bilir. Məlumatlar şifrələnir və hər 10 dəqiqədə tətbiq vasitəsilə Cloud-a ötürülür. Bundan sonra xəstə sağlamlığı haqqında məlumatı tətbiqetmədən alır.
BioButton cihazı BioSticker-ə bənzəyir, lakin bir dəfə istifadə olunur. Ürək döyüntüsü və tənəffüsün sürətini daha az ölçür. Bu cihaz virusa yoluxmuş, lakin simptomları hiss etməyən insanların bədənlərində dəyişikliyi müəyyən edə bilər.
Kolorado ştatında BioIntelliSense-in investoru olan Universitetin Tibb şöbəsində bu cihazdan xəstələrin xəstəxananı daha tez tərk etməsi üçün istifadə edilir. Cihaz həkimlərə xəstələrin və COVID peyvəndi almış insanların sağlamlığını məsafədən izləməsinə də imkan verir. Riçard Zeyn: “Bu cihaz COVID üçün nəzərdə tutulmayıb. Lakin COVID üçün idealdır. ”
İnsanların istifadə edə biləcəyi başqa bir cihaz ilkin olaraq COVID üçün nəzərdə tutulmayan AirPop Active adlı ağıllı maskadır. Bu ağıllı maska ilk olaraq çirkli havanın təmizlənməsi üçün nəzərdə tutulmuşdu. Çıxarıla bilən filtr mayelərə davamlıdır və N-95 maskası ilə rəqabət edə bilər. AirPop-dan Kris Hosmer: "Eyni ölçüdəki hissəciklərin 99 faizdən çoxunu blok edə bilirik."
Bu Halo ötürücüsü istifadəçinin nəfəs alma prosesini izləyir və analiz edir. "Biz sizin nəfəsiniz və bölgənizdəki havanın keyfiyyətindən xəbərdar oluruq" - deyə, Kris Hosmer bildirir.
Maskanızda olan məlumatlardan tutmuş, həyat əhəmiyyətli göstəricilərə qədər, hər şey tətbiqetmə vasitəsilə asanlıqla əldə edilə bilir.