Accessibility links

ABŞ-da evdə reseptsiz COVID testləri təsdiqləndi


.
.

ABŞ-ın Ərzaq və Dərman İdarəsi çərşənbə axşamı "sürətli" testin təcili istifadəsinə icazə barədə açıqlama verib.

“Bugünkü icazə COVID-19 üçün diaqnostik testlərdə böyük bir mərhələdir. FDA reseptsiz istifadəyə icazə verərək, bir xəstənin ala biləcəyi, burnuna sürtəcəyi və nəticələrini 20 dəqiqədən az müddətdə öyrənə biləcəyi testin apteklərdə satılmasına icazə verir” - deyə, Ərzaq və Dərman idarəsinin Komissarı Stefen M. Han press relizdə açıqlayıb.

Ötən ay FDA evdə ancaq reseptlə istifadəni təsdiqləmişdi.

FDA pandemiyanın başlamasından bəri 225-dən çox COVID-19 testini təsdiqlədiyini bildirib.

Yeni təsdiqlənmiş testdə bir çox digər testlər kimi bir burun çubuğundan istifadə olunur, lakin FDA bunun mediada görülən bəzi testlər kimi invaziv olmadığını açıqlayıb. Əlavə olaraq, testin insanların simptomları olduğu halların 96% -ni düzgün bir şəkildə təyin etdiyi qeyd olunub. Sözügedən qurum bildirib ki, heç bir simptomu olmayan insanlar üçün digər testlərdə də olduğu kimi, "kiçik bir faiz" yanlış nəticə verir.

FDA-ın məlumatına görə, "istifadəçilər testi həyata keçirmək və nəticələrini analiz etmək üçün smartfonlarına applikasiya yükləməklə analizatordan istifadə edir". Nəticələr “20 dəqiqə ərzində” gəlir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG