Accessibility links

Amerikadakı 5-11 yaşlar arasındakı uşaqlara da COVID-19 peyvəndi tətbiq edilir


Amerikadakı 5-11 yaşlar arasındakı uşaqlara da COVID-19 peyvəndi tətbiq edilir
please wait

No media source currently available

0:00 0:01:47 0:00

Amerikadakı 5-11 yaşlar arasındakı uşaqlara da COVID-19 peyvəndi tətbiq edilir

Amerikada 5 və 11 yaş arası uşaqlara indi COVID peyvəndi tətbiq edilə bilər. Ən gənc yaş qrupu üçün Pfizer-BionTech peyvəndinin daha aşağı dozası təsdiq edilib. Amerikadakı uşaqlar indi Virciniya ştatının Fairfaks şəhərindəki mərkəzlərdə olduğu kimi ilk COVID-19 peyvəndlərini ala bilir.

Bu ayın əvvəlində ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi 5-11 yaşlar arasındakı uşaqlara Pfizer-BioNTech peyvəndinin pediatrik dozasını təsdiqləyib. İndi Amerikadakı təxminən 28 milyon uyğun uşaqdan birincisi ilk dozasını qəbul edir.

Pfizer-BionTech peyvəndinin bu yaş qrupunda uşaqlar üçün təxminən 91 faiz effektiv olduğunu deyir . 5-11 yaş arasındakı uşaqlara peyvəndin böyüklərə və 12 yaşdan yuxarı uşaqlara vurulan dozanın üçdə biri vurulur. Dozanın miqdarının immunoloji reaksiyaya səbəb olacaq qədər güclü, eyni zamanda yan təsirlərin olmaması üçün kifayət qədər aşağı olduğu bildirilir. Ancaq bəzi valideynlər hələ də bu tövsiyəyə əməl edib-etməməkdən əmin deyillər.

Kaiser Ailəsi Fondunun oktyabr ayında apardığı on günlük araşdırmaya görə, 5-11 yaşlar arasındakı uşaqların valideynlərinin təxminən üçdə biri övladlarını peyvənd etməzdən əvvəl "gözləyib, nə olacağını görmək" istəyir.

Fairfax mahalı sakinlərinin təxminən 84 faizi COVID peyvəndinin azı bir dozasını alıb. Hazırda 5-11 yaşlar arası uşaqların neçə faizinə peyvənd vurulduğu barədə məlumat yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG