Accessibility links

COVİD dövrünün məzunları


COVİD dövrünün məzunları
please wait

No media source currently available

0:00 0:02:29 0:00

ABŞ-dakı universitet və kollec tələbələri üçün məzuniyyət mərasimi yaxınlaşır və tələbələr həyatlarının ən vacib mərhələlərindən birinə hazırlaşır. Lakin COVID-19 bu təhsillərini başa çatdıran tələbələrin bunu təmtəraqlı qeyd etmələrinə imkan vermir.

Məzun olmaq ABŞ-dakı xüsusən də məqsədlərinə çatmaq üçün evlərindən uzaqda yaşayan beynəlxalq tələbələr üçün böyük bir uğurdur. Adətən zəhmətlə başa vurulan illərin qeyd edildiyi mərasimlər təntənəli, şənliklər isə əyləncəli keçir. Lakin bu il deyil. Braun Universitetinin tələbəsi Sonya Bui: “Mərasimin özü ilə çox maraqlanmıram. İndilik hər şey normaldır. May ayında gözlənilən şeylərə baxanda bu, siyahı yoxlamaq kimi olacaq. Demək istəyirəm ki, mənim bir hissəm artıq hərəkətdədir. ”

COVID-19 pandemiyası tələbə şəhərciklırini bağladığı, bir çox ailənin səyahətini qeyri-mümkün etdiyi üçün mərasimlərin əksəriyyəti virtual olaraq keçirilir.

Lakin bir çox ailələrlə tələbələrlə ailələri arasında fikir ayrılıqları mövcuddur. Kolumbiya Universitetinin tələbəsi Hirma Demissye: “Yəni Kolumbiyaya gəldiyim gündən bəri bu mövzuda çox həyəcanlıdırlar. Tədbirdə iştirak etməmələrinin onları nəyə görə bu qədər narahat elədiyini başa düşürəm, Bilirsiniz ki, ən təhlükəsiz olan COVID riskini almamaq və uçmamaqdır.”

Bəzi universitetlər buraxılış mərasimlərini maskalar taxmaqn və ya sosial məsafəni qorumaq kimi təhlükəsizlik tədbirləri ilə keçirir. Lakin bu, yenə də əvvəlki kimi olmayacaq. Tələbələrə ailə və dostlarını məhdud sayda dəvət etməyə icazə verilir. Corciya Universitetinin tələbəsi Ancelika Miller: “Mənim ailəm böyükdür və buna görə də azı 10 qonağımın olacağını düşünürəm. Ancaq bilirəm ki, COVID səbəbiylə buna imkan verilməyəcək.”

Məhdud şəkildə toplanan ailələr buraxılışı tələbə şəhərciyindən kənarda qeyd edəcək. “Ev yoldaşlarım və mən yəqin ki, bir araya gəlib bir tort bişirəcəyik, bir az şampan içəcəyik və ya çox kiçik bir qrup toplaşıb, nə isə edəcəyik. Ailəm Vyetnamda olduğundan, yəqin ki, sadəcə onlara zəng edəcəyəm” - deyə, Sonya Bui bildirir.

Virtual olsa da, olmasa da tələbələr buraxılış imtahanlarını verir və təhsil ocaqlarında tapdıqları dostları ilə son günlərini yaşayır.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG