Yaponiyanın Baş Naziri Yoşihide Suqa hökumətin koronavirusa yoluxma hallarının təlaş doğuran dərəcədə artmasından sonra paytaxt Tokio və ətrafındakı üç bölgədə fövqəladə vəziyyət elan etməyi nəzərdən keçirdiyini bildirib.
Səhiyyə Nazirliyi bazar günü COVID-19-a 3,150 yeni yoluxma halının qeydə alındığını, onlardan 51-nin ölümlə nəticələndiyini bildirib. Beləliklə 3612-si ölüm olmaqla, ölkə boyu yoluxmaların ümumi sayı 244559-a çatıb. Təkcə keçən cümə axşamı, yeni il gecəsi Yaponiyan paytaxtında yoluxanların sayı rekord həddə çataraq 1333 olub.
Fövqəladə vəziyyət Tokio və qonşu Saytama, Çiba və Kanaqaua prefekturalarına tətbiq oluna bilər.
Əvvəlki Baş Nazir Şinzo Abe keçən ilin aprel ayında koronavirus pandemiyasının artmağa başladığı ilk günlərdə üçün Tokio və digər altı prefekturada rəsmi olaraq 30 günlük fövqəladə vəziyyət elan etmişdi. Lakin Yaponiyanın II Dünya Müharibəsindən sonrakı vətəndaş azadlıqlarının ciddi şəkildə qoruyan konstitusiyası hökumətə məcburi karantin tətbiq etmək səlahiyyəti vermir.
Baş Nazir Suqa bazar ertəsi jurnalistlərə verdiyi açıqlamada hökumətin milli peyvənd səylərini fevral ayının sonlarına keçirdiyini və ilk növbədə prioritetin səhiyyə sektorunun ön cəbhəsində çalışan tibb işçilərinə və yaşlılara veriləcəyini deyib.
Suqa keçən il pandemiya səbəbindən təxirə salınan Yay Olimpiya Oyunlarının iyulun 23-dən avqustun 8-i arasında keçiriləcəyinin təxmin edildiyini bildirib.