Accessibility links

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Polad Aslanovun aclıq keçirməsilə bağlı onun vəziyyətindən narahatdır


Polad Aslanov
Polad Aslanov

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi(CPJ) hazırda həbsdə olan Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanovun aclıq keçirilməsilə bağlı onun vəziyyətindən narahatlığını bildirib.

"Azərbaycanda həbsdə olan jurnalist Polad Aslanovun ədalətsiz hökmə və Ali Məhkəmədə şikayətə baxılmasının 9 ay gecikdirilməsinə etiraz olaraq keçirdiyi aclığın 12-ci günündə çəkisi 42 kiloqrama qədər azalıb”,- təşkilatın Twitter hesabındakı məlumatda bildirilir.

Yanvarın 17-də Aslanova həyat yoldaşına qarşı rəftara etiraz olaraq Baş Prokurorluğun qarşısında təkbaşına aksiya zamanı saxlanılıb.

Azərbaycan hakimiyyəti Polad Aslanovu dərhal azad etməlidir," - Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said bildirib.

Bu, yanvarın 6-da Aslanovun aclıq aksiyasına başlamasından sonra təşkilatın ikinci bəyanatıdır.

Bu arada, "Müdafiə Xətti" hüquq-müdafiə təşkilatı yaydığı bəyanatda Polad Aslanovun vəziyyətindən narahatlığını ifadə edib.

Yanvarın 12-də Azərbaycan Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində xəbərdarlıq etmədən Polad Aslanova başçəkmə həyata keçirib.

Ombudsman Aparatının mətbuat xidmətinin məlumatına görə, Polad Aslanova qida qəbulundan imtina etməsi səbəbi ilə ayrıca palata ayrılıb və onun gündəlik həkim nəzarətində olduğu müşahidə edilib.

Yanvarın 6-dan Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində Polad Aslanov aclıq aksiyasına başlayıb.

Polad Aslanov həbsdən azad olunması və şikayətinə Ali Məhkəmədə baxılmasının sürətləndirilməsi tələbilə aclıq edir.

2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG