Accessibility links

CPJ: Azərbaycan hakimiyyəti dərhal jurnalist Əfqan Muxtarlını azad etməlidir


CPJ
CPJ

Jurnalistləri Müdafiə Komitəsi mayın 30-da açıqlama yayıb

"Azərbaycan hakimiyyəti dərhal jurnalist Əfqan Muxtarlını azad etməli, onun qonşu Gürcüstana qayıtmasına icazə verməlidir."

Bunu Jurnalistləri Müdafiə Komitəsi mayın 30-da yaydığı açıqlamada bildirib.

Ə.Muxtarlı mayın 29-da axşamdan yoxa çıxıb, bir gün sonra isə onun sərhəddən keçirilərək Bakıya gətirildiyi bəlli olub.

Vəkilinin sözlərinə görə, jurnalist Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddələri ilə, yəni sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilir. O, vəkilinə Tbilisidə zorla maşına oturdulduğunu, döyüldüyünü, cibinə 10 min avro atıldığını deyib. Ə.Muxtarlının pasportu isə Tbilisidə yaşadığı evdə qalıb.

CPJ media məlumatlarına əsasən yazır ki, Gürcüstanın Daxili İşlər Nazirliyi Muxtarlının qanunsuz saxlanması iddialarını araşdırır. CPJ jurnalistin Gürcüstandakı statusunu müəyyənləşdirə bilməyib.

«Gürcüstan hakimiyyəti Əfqan Muxtarlının dərhal buraxılmasını, Tbilisiyə qayıtmasına imkan verilməsini tələb etməlidir», – CPJ-nin Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Ognianova deyib.

«Azərbaycanda müstəqil xəbərləmə işinə təzyiqlər bir çox jurnalistləri sürgünə məcbur edib. Onların zorla Azərbaycana qaytarılması ölkənin mətbuata düşmən münasibətinin göstəricisidir», - Ognianova söyləyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG