Accessibility links

Beynəlxalq Böhran Qrupu Azərbaycan haqqında hesabatını açıqladı


Beynəlxalq Böhran Qrupu Azərbaycan haqqında hesabatını açıqladı
Beynəlxalq Böhran Qrupu Azərbaycan haqqında hesabatını açıqladı

Hesabatda deyilir ki, mövcut qanunların məhdud bir şəkildə şərhi toplaşma azadlığının qarşısını alır. Müxalifətin aksiyalarının qarşısı alınır yaxud da onların nümayişləri qüvvədən kobud şəkildə istifadə yoluyla dağıdılır. GHT-lərin fəaliyyətləri yerli orqanlar tərəfindən məhdudlaşdırılır

Beynəlxalq Böhran Qrupunun Azərbaycan haqqında hazırladığı və Amərikanın səsinin əldə etdiyi hesabat “Azərbaycan: Həssas Sabitlik” adlanır. Sənəddə deyilir ki, İlham Əliyevin prezidentliyi ölkədə siyasi həyatın sabitləşməsi və neft ixracının köməyi ilə əldə olunan iqtisadi artımla səciyyəvidir. Bu sabitlik isə avtoritar dövlət idarəsinin möhkəmlənməsi, azadlıqların daha da məhdudlaşdırılması elitanın, ictimai həyatın demək olar bütün sahələrini nəzarətdə saxlamaq üçün korrupsiya və himayəçi şəbəkələrdən daha geniş istifadə etməsi hesabına təmin olunub. Müxalifətin zəiflədiyinin qeyd olunduğu hesabatda medianın kiçik bir hissəsinin müstəqilliyini qoruya bildiyi deyilir.

Amerikanın səsinin əldə etdiyi hesabatda qeyd olunur ki, hökumət siyasi qüvvələrin, heç bir partiyanı himayə etməyən vətəndaş cəmiyyəti təşkilatlarının, dini icmaların və müstəqil bizneslərin öz mənbələrinə malik olmaqla hakimiyyətin qarşısında dayanmağının qarşısını almaq üçün təsirli üsullardan istifadə edib. Amerikanın səsinin məlumatına görə hesabatda yazılır ki, görünür qəsdi olaraq ölkədə cavabdehliyin olmadığı təsəvvürü yaradılır ictimaiyyət arasında özünü senzura təmayüllərinə yol verilir hökümətin icazə vermədiyi kütləvi aksiyaların keçirilməsinin qarşısı bir növ hədə-qorxuyla alınır. Mövcut qanunların məhdud bir şəkildə şərhi toplaşma azadlığının qarşısını alır. Müxalifətin aksiyalarının qarşısı alınır yaxud da onların nümayişləri qüvvədən kobud şəkildə müdaxilə yoluyla dağıdılır. Qeyri-hökumət təşkilatlarının fəaliyyətləri yerli orqanlar tərəfindən məhdudlaşdırılır və çox vaxt onlara Bakıdan kənarda tədbirlər keçirməyə imkan verilmir. Qeyri-hökumət və dini təşkilatların qeydiyyata alınması prosesindən, qeydiyyatın rəddi yoluyla onların fəaliyyətlərini məhdudlaşdırmaq üçün istifadə edilir. Hökumətin əsassız bəhanələrlə məscidləri bağlaması belə icmaları təsisçilərini həm radikallaşdırır həmdə onların fəaliyyətlərinə qeyri-qanuni yollarla davam etməsinə səbəb olur.

Beynəlxalq böhran qrupunun Amerikanın səsinin əldə etdiyi hesabatında deyilir ki, Əliyev hökumətə tam nəzarət etsə də o oqədər də güclü deyil. O hakimiyyəti əlində saxlamaq üçün, bir başa öz səlahiyyətlərinə bir hədə olmadığı müddətdə ətrafındakı elitaya arxalanır. O hətda ətrafındakı güclü nazir və idarə rəislərinin işindən razı olmasa belə yaranmış mövcud system daxilindəki həssas müvazinəti pozmamaq üçün belə adamları işdən kənarlaşdırmır. Buna görə də ölkədə daxili siyasəti qeyri-bərabər müxalifət-hökumət çəkişmələrindən çox daxili dinamikalar və vaxtaşırı hakim elita daxilində baş verən hakimiyyət mübarizəsi formalaşdırır.

Sənəddə deyilir ki, neft gəlirləri Azərbaycandakı durğun siyasi sistemi daha da möhkəmləndirib və ishahatlara qarşı daha müqavimətli vəziyyətə gətirib. Qapalı siyasi sistem Azerbaycanın qarşısındakı uzun müddətli vəzifələr barədə mənalı mübahisələrin qarşısını alır əhali arasında qayqısızlıq və etimadsızlığın yayılmasına səbəb olur.

XS
SM
MD
LG