Accessibility links

CRISPR genə düzəliş texnologiyası DNT-yə zərər vura bilər [Video]


CRISPR genə düzəliş texnologiyası DNT-yə zərər vura bilər
please wait

No media source currently available

0:00 0:01:52 0:00

CRISPR/Cas9 adı ilə tanınan genə düzəliş texnologiyasının mümkün təsirlərini araşdıran alimlər aşkar edib ki, bu texnologiyanın gözlənilməz genetik zərərləri ola bilər. Bu da bəzi hüceyrələrdə təhlükəli dəyişikliklərə gətirib çıxara bilər.

CRISPR/Cas9 genə düzəliş texnologiyası ilə bağlı araşdırma aparan alimlər bir problem aşkar edib.

Əgər klinik sınaqda insanın milyardlarla hüceyrələrinə düzəliş etsəniz, mümkünür ki, yüz milyonlarla hüceyrəyə daha öncə ağlınıza gəlməyən ziyan vurulacaq. Həmin hüceyrələrin xərçəngə dönüşməsi və ya onların başqa problemlərinin yaranması ehtimalı xeyli yüksəkdir
Allan Bredli

İİV və xərçəng kimi bəzi xəstəliklərin müalicəsində inqilabi yenilik yaradacağı gözlənilən bu texnologiya belə görünür o qədər də zərərsiz deyil.

Bu üsul ribonuklein turşusu molekullarından istifadə edərək Cas9 zülalını genomun defektli hissəsinə doğru yönəldir və orada Cas9 zülalı molekulyar qayçı qismində DNT-nin spesifik bir hissəsini kəsərək, onu genə düzəliş edən hissə ilə əvəzləyir.

Lakin Britaniyanın Wellcome Sanger İnstitutundan Allan Bredli deyir ki, bu üsul düzəliş olunan yerdən başqa hissələrdə DNT mutasiyalarına səbəb ola bilər.

“Əgər klinik sınaqda insanın milyardlarla hüceyrələrinə düzəliş etsəniz, mümkünür ki, yüz milyonlarla hüceyrəyə daha öncə ağlınıza gəlməyən ziyan vurulacaq. Həmin hüceyrələrin xərçəngə dönüşməsi və ya onların başqa problemlərinin yaranması ehtimalı xeyli yüksəkdir” – o deyib.

Təqdiqatçılar xəbərdarlıq edib ki, onların araşdırmalarında rast gəldikləri bəzi mutasiyalar standart analiz və ya testlərdə hədəf alınan yerlərdən uzaq hissələrdə baş verir.

“Hələ ki, sınaqlarda diqqət hədəf nöqtlərə, yəni kəsiklərin olduğu hissənin ətrafındak; bir neçə yüz özüllərə ayırılıb, amma genomun digər 3 milyard özülünə diqqət yetirilməyib” – deyə, Bredli bildirir.

Bredli deyir ki, düzəlişdən sonra hara diqqət yetirməli olduqlarını bilməklə, alimlər CRISPR texnologiyasının təhlükəsizliyini daha yaxşı qiymətləndirə bilər və bu, alternativ genə düzəliş üsullarının inkişaf etdiriləmsinə maraq oyada bilər.

XS
SM
MD
LG