Accessibility links

Moskvanın "Crocus City Hall" konsert zalına hücumla bağlı daha 3 nəfər həbs edilib


Rusiyanın Federal Təhqiqat Bürosu cümə axşamı keçən ay Moskva konsert zalında həyata keçirilən ölümcül terror aktını planlaşdırılmasına yardım etməkdə şübhəli bilinən daha üç nəfərin həbs edildiyini bildirib.

İslam Dövləti (İD) qruplaşması silahlı şəxslərin Moskva şəhəri yaxınlığında yerləşən "Crocus City Hall"-a hücumu zamanı binanı yandırmazdan əvvəl 140-dan çox insanı öldüyü qətliamın məsuliyyətini öz üzərinə götürüb.

Federal Təhqiqat Bürosu cümə axşamı Moskvada, Uralın Yekaterinburq və Sibirin Omsk şəhərlərində hücumu maliyyələşdirən və hücumu həyata keçirmək üçün insanları cəlb edən üç nəfəri həbs etdiyini bildirib.

İnterfaks xəbər agentliyi Federal Təhqiqat Bürosuna istinadən "Saxlanılanlardan ikisi terror aktında istifadə olunan odlu silah və avtomobillərin alınması üçün pul köçürüb, üçüncüsü isə terror aktının iştirakçılarının cəlb edilməsində və onun icraçılarının maliyyələşdirilməsində birbaşa iştirak edib" yazıb.

Dövlət mediasında Federal Təhqiqat Bürosu agentlərinin həbslərini əks etdirən kadrlar yayılıb.

Federal Təhqiqat Bürosunun bildirdiyinə görə, həbs edilənlərdən ikisi xarici, biri isə Rusiya vətəndaşıdır.

Rusiya dördü silahlı hücumu həyata keçirən olmaqla, hücumda əli olduğunu iddia etdiyi ondan çox insanı həbs edib. Onların hamısının Tacikistan vətəndaşı olduğu deyilir.

İslam Dövləti qruplaşması dəfələrlə hücuma görə məsuliyyəti öz üzərinə götürüb, Moskva dəfələrlə bunun Kyiv və ya Qərbin "sifarişi" olduğunu iddia edib.

Rusiya prezidenti Vladimir Putin cümə axşamı "Moskvada qanlı, dəhşətli terror aktını sifariş edənlərin əsas məqsədinin birliyimizə zərər vurmaq olduğuna inanmaq üçün əsasımız var" deyib.

Onun sözlərinə görə, "İslam fundamentalistlərinin" Rusiyanı hədəf almağa heç bir əsası yoxdur.

Ukrayna və Qərb liderləri dəfələrlə hücumla hər hansı əlaqənsini təkzib edərək, Moskvanın bu faciədən istifadə etməyə çalışdığını bildirib.

Forum

XS
SM
MD
LG