Accessibility links

İctimai Palatanın Koordinasiya Şurası dinləmələr keçirib


Contact.az-ın verdiyi məlumata görə, İctimai Palatanın Koordinasiya Şurası 1993-cü il 4 iyun qiyamının növbəti ildönümü ərəfəsində Müsavat Partiyasının qərargahında dinləmələr təşkil edib.

Dinləmələrdə diqqət daha çox bu qiyamın Azərbaycana vurduğu ziyan və hansı fürsətlərin itirilməsi məsələləri üzərinə cəmlənib. Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli AXC hakimiyyəti dönəmində ölkənin ciddi uğurlar qazanmaq astanasında olduğunu nəzərə çatdırıb. Təhsil, ordu quruculuğu, siyasi və iqtisadi islahatlar sahəsində inkişafın olduğu vurğulanıb. 1993-cü il aprelin əvvəlində Kəlbəcərin ermənilər tərəfindən işğalına baxmayaraq BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi ərazilərdən dərhal çıxması kimi qətnamə qəbul etməsi xatırladılıb. Qarabağ probleminin həllində ABŞ, Türkiyə “üçtərəfli təşəbbüslər”in nəticəsində Ermənistanın ciddi sıxışdırıldığı qeyd edilib. Ordu quruculuğu sahəsində 14 xüsusi təyinatlı batalyonun hazırlandığı nəzərə çatdırılıb.

Müsavat Partiyasının başqanı İsa Qəmbər qeyd edib ki, 4 iyun qiyamı ölkə həyatının bütün istiqamətləri üzrə inkişafın qarşısını alıb. 1993-cü ilin aprelindən qiyamçıların fəallaşdığını deyən Müsavat başqanı bu qiyamı “fürsətçilərin, kürsüpərəstlərin” törətməsi kimi dəyərləndirib. O, ölkəyə vurulan ziyana görə bu qiyamda iştirakçı olanların xalq və tarix qarşısında cavab verməli olacaqlarını bildirib.

XS
SM
MD
LG