Accessibility links

2019-cu il Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 166-ci yer tutub


Sərhədsiz Reportyorlar (RSF) Təşkilatı 2019-cu il Dünya Mətbuat Azadlığı İndeksini açıqlayıb.

Bu indeks hər il 180 ölkə və ərazidə jurnalistikanın durumunu dəyərləndirir. Qurum bir çox ölkələrdə siyasi liderlərin jurnalistlərə ifadə etdiyi düşmənçiliyin tez-tez ciddi zorakılıq forması aldığını, jurnalistlər üçün qorxu və təhlükəni görünməmiş həddə qaldırdığını bildirir.

Azərbaycan 180 ölkə içində 166-cı yeri tutub.

RSF
RSF
“Prezident İlham Əliyev plüralizmin bütün formalarını əzməklə kifayətlənməyib, 2014-cü ildən bəri olub-qalan media tənqidçilərinə qarşı amansız müharibə aparır.

“Prezident İlham Əliyev plüralizmin bütün formalarını əzməklə kifayətlənməyib, 2014-cü ildən bəri olub-qalan media tənqidçilərinə qarşı amansız müharibə aparır. Müstəqil jurnalistlər və bloqerlər qısnama, döyülmə, şantaj və rüşvətə boyun əyməyincə absurd ittihamlarla həbs olunurlar. Zerkalo və Azadlıq qəzetləri kimi müstəqil media iqtisadi baxımdan boğulub. AzadlıqRadiosu zorla bağlanıb. Əsas müstəqil xəbər vebsaytları bloklanıb. Mühacirətdə müqaviməti davam etdirənləri susdurmaq üçün hakimiyyət onların Azərbaycandakı ailə üzvlərinə təzyiq göstərir. Rejim Gürcüstan və Ukraynada jurnalistləri həbs etdirməklə, Fransada məhkəməyə müraciət etməklə repressiyasını ixrac edib. Rejim yalnız təzyiq altında geri çəkilə bilər - belə bir təzyiqə həmişəkindən daha çox ehtiyac var", RSF qeyd edir.

Rəsmilər hələlik, bu indeksə münasibət açıqlamayıblar. Hakimiyyət təmsilçiləri həmişə ölkədə mətbuat azadlığının tam təmin olunduğunu, heç bir jurnalistin peşəsinə görə təqibə məruz qalmadığını deyirlər.

Şərqi Avropa və Orta Asiya regionu indeksdə axırdan ikinci yeri tutur, yəni illərdir olduğu mövqeyini qoruyub saxlayır. Bu region ölkələrindən yarıdan çoxu indeksdə 150-ci yerə yaxın, yaxud ondan aşağıda qərarlaşıblar.

Təşkilat qeyd edir ki, Rusiya və Türkiyədə müstəqil media orqanlarının təqibi davam edir.

"Türkiyə dünyada peşəkar jurnalistlərin ən çox həbsdə olduğu ölkədir. Həm də yeganə ölkədir ki, Cənnət Sənədləri (Paradise Papers) ilə bağlı reportajlarına görə jurnalist mühakimə olunub”, təşkilat bildirir.

Ermənistan 9 pillə irəliləyərək 61-ci yeri tutub. Bu ölkədə “məxməri inqilab”dan sonra hökumətin dövlətə məxsus media üzərində nəzarətinin yumşaldığı bildirilir.

Gürcüstan isə 60-cı yerini qoruyub saxlayıb. Bu ölkədə medianın müstəqil, ancaq xeyli qütbləşmiş olduğu vurğulanır.

“2017-ci ildə Tbilisidə azərbaycanlı dissident jurnalist Əfqan Muxtarlının oğurlanması ilə bağlı aparılan təhqiqat hələ ki ortaya inandırıcı nəticələr qoymayıb.

“2017-ci ildə Tbilisidə azərbaycanlı dissident jurnalist Əfqan Muxtarlının oğurlanması ilə bağlı aparılan təhqiqat hələ ki, ortaya inandırıcı nəticələr qoymayıb. Muxtarlının sirli şəkildə oğurlanması və daha sonra Azərbaycanda həbsi gürcüstanlıları sarsıdıb. Axı, bu ölkə adətən qonşuları üçün adətən bir sığınacağa çevrilmişdi”, RSF bildirir.

Əfqan Muxtarlı
Əfqan Muxtarlı

İran dünyada jurnalistləri ən çox həbs edən ölkələrdən biridir, 170-ci yerdə qərarlaşıb.

Bir çox avtoritar rejimlər indeks üzrə geriləyiblər. Venesuela beş pillə geriləyərək 148-ci, Rusiya isə bir pillə düşərək 149-cu olub. Kremlin müstəqil media və internetə təzyiqi gücləndirmək üçün həbslərdən, qanunsuz axtarışlardan, məhdudlaşdırıcı qanunlardan istifadə etdiyi bildirilir.

Jurnalistlərin təqibi zamanı zorakılıqdan istifadənin artıq hüdudu yoxdur. Ötən oktyabrda səudiyyəli yazar Camal Xaşokçinin İstanbuldakı Səudiyyə konsulluğunda qətli Səudiyyə Ərəbistanının (172-ci yer) sərhədlərindən çox-çox uzaqlarda jurnalistlərə üşüdücü mesaj göndərdi. Sağ qalmaq qorxusu regionda bir çox jurnalistlərin özünə senzura qoyması, yaxud yazmağı tamam atmasıyla sonuclanıb”, Sərhədsiz Reportyor Təşkilatı bildirir.

Vyetnam (176), Çin (177), Eritrea (178), Şimali Koreya (179) və Türkmənistan (180) qərarlaşıb.

Norveç artıq üçüncü ildir birinci yeri tutur. İkinci yerdə Finlandiya gəlir. Bu ölkədə mütəşəkkil cinayətkarlığı araşdıran iki jurnalist daimi polis qoruması altında yaşayır. Kiber qısnamanın artması nəticəsində İsveç üçüncü yerə düşüb. Dördüncü yerdə Niderlanddır.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG