Accessibility links

Culian Assanj 1 ildir Ekvador səfirliyindədir


Böyük Britaniya ilə Ekvador arasında Culian Assanjla bağlı gedən danışıqlar nəticəsiz qalıb. Həftənin əvvəli Böyük Britaniya Xarici İşlər Nazirliyinin bildirdiyinə gorə artıq bir ildir Wikileaks-in yaradıcısı İsveçə ekstradisiyadan yayınmaq üçün Ekvadorun Londondakı səfirliyinə sığınıb.
Lakin Britaniyanın xarici işlər naziri Vilyam Heyq və ekvadorlu həmkarı Rikardo Patino bu siyasi məsələnin həlli üçün işçi qrupunun yaradılmasına razılıq veriblər.
Xarici İşlər Nazirliyinin bəyanatında deyilirki, iki nazir arasında 45 dəqiqə davam edən iki tərəfli görüş keçirilib.
Nazirlər Culian Assanj ilə bağlı problemin siyasi həlli üçün işçi qrupun yaradılmasina razılıq versələr də, əsaslı irəliləyiş əldə edilməyib.
Xarici İşlər Nazirliyi bildirib ki, bu məsələ Britaniya qanunları daxilində həll edilməlidir.
Britaniyada səfərdə olan Ekvador xarici işlər naziri Patino Ekvadorun Londondakı səfirliyində Assanjla görüşüb. O, Heyqlə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada deyib ki, Ekvador hökumətinin Assaja sığınacaq verdiyi şərtlər dəyişmədiyinə görə bu vəziyyətlə bağlı dəyişiklik etmək fikrində deyillər.
XS
SM
MD
LG