Accessibility links

Culiani: Tramp kampaniyasının Rusiya ilə əlaqəsi ola bilər, lakin prezidentin deyil


ABŞ prezidentinin vəkillərindən biri Rudi Culiani Trampın 2016-cı il seçki kampaniyasının bəzi üzvlərinin Rusiya ilə əlasi olduğunu etiraf etsə də, prezidentin bu işlə heç bir əlaqəsi olmadığını deyib.

"Mən heç vaxt kampaniyanın Rusiya ilə əlaqəsi olmadığını deməmişəm. Mən prezidentin əlaqəsi olmadığını demişəm. Prezidentin Rusiyanın hakerliyi ilə bağlı cinayətdə əli olduğuna dair heç bir dəlil irəli sürə bilməzsiniz” - deyə, Culiani CNN tele-kanalına müsahibəsi zamanı bildirib.

Trampın hakimiyyətdə olduğu iki il müddətində xüsusi prokuror Robert Müllerin Rusyianın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatı davam edir.

Müller Trampın kampaniyasının Rusiya ilə əlaqələri və prezidentin Müllerdən əvvəl Rusiya təhqiqatına rəhbərik edən Federal Təhqiqat Bürosunun keçmiş direktoru Ceyms Komini vəzifəsindən kənarlaşdığı zaman ədalətin qarşısını almağa çalışıb-çalışmadığını araşdırır.

Tramp Kominin vəzifədən çıxarılmasından bir neçə gün sonra NBC tele- kanalına bildirmişdi ki, onu vəzifəsindən kənarlaşdıranda “Rusiya məsələsi haqda” düşünüb. Tramp uzun müddət təhqiqatın Klintonun məğlubiyyətini izah etmək üçün demokratlar tərəfindən istifadə edilən bəhanə olduğunu hesab etdiyini bildirirdi.

Müllerin təhqiqatının yaxın zamanlarda bitəcəyi və nəticələri elan edəcəyi gözlənilir. Tramp təhqiqatın aparıldığı 20 ay müddətində dəfələrlə onu kəskin tənqidlərə məruz qoyub və kampaniyası ilə Rusiya arasında əlaqələr olduğunu inkar edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG