Accessibility links

“Nastoyasheye Vremya”-nın üç müxbiri Belarusda polis tərəfindən saxlanılıb


Belarus hakimiyyəti ölkədə mühüm prezident seçkisindən bir neçə gün əvvəl paytaxt Minskdə “Nastoyasheye Vremya”-nın üç müxbirini saxlayıb.

Müxbirlər - İrina Romaliskaya, Yuri Baranyuk və İvan Qrebenyuk avqustun 7-də Minskdə qaldıqları oteldə saxlanılaraq polis idarəsinə aparılıb.

Jurnalistlərin nə üçün saxlandıqları məlum deyil. Romaliskaya və Qrebenyuk Ukrayna, Baranyuk isə Rusiya vətəndaşıdır. “Nastoyasheye Vremya” Amerikanın Səsi köməyi ilə Azadlıq Radiosu tərəfindən rus dilində fəaliyyət göstərən televiziya şəbəkəsidir.

9 avqust seçkiləri Prezident Aleksandr Lukaşenkonun 26 illik hakimiyyəti ərzində qarşılaşdığı ən çətinlik kimi görünür.

Müxalifət namizədlər, o cümlədən Svetlana Tsixanovskaya ölkənin şəhər və qəsəbələrində böyük mitinqlər keçiriblər.

Avqustun 6-da Tsixanovskayanın dəstəyi ilə minlərlə insan Minsk parkına toplaşıb. Nümayişçilər daha sonra şəhərin küçələrində yürüş edərək "Yaşasın Belarus!" və "Çıx get!" şüarları səsləndiriblər.

Sonuncu şüar Lukaşenkoya açıq bir çağırış kimi səsləndirilib.

Səlahiyyətli şəxslər Tsixanovskayanın təşviqat qrupunun bir neçə üzvünü, habelə tərəfdarlarını icazəsiz mitinqlər keçirməkdə ittiham edərək həbs edilər.

Digər tərəfdən 1991-ci ildə Sovet İttifaqının süqutu dövründə məşhur olan bir Sovet rok mahnısını ifa edən iki DJ avqustun 7-də polis tərəfindən saxlanılaraq kiçik xuliqanlıq və polisə tabe olmamaqda ittiham olunub. Onlara 10 sutka həbs cəzası verilib.

XS
SM
MD
LG