Accessibility links

Dövlətə xəyanətdə ittiham olunan Polad Aslanov 16 il azadlıqdan məhrum edilib


Dövlətə xəyanətdə ittiham olunan Polad Aslanov 16 il azadlıqdan məhrum edilib
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Dövlətə xəyanətdə ittiham olunan Polad Aslanov 16 il azadlıqdan məhrum edilib

Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov 16 il azadlıqdan məhrum edilib.

Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyev qərar çıxarıb.

Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə bildrib ki, məhkəmənin hökmünü ədalətsiz hesab edir.

O bu hökmdən apellyasiya şikayəti verəcəyini də qeyd edib.

Gülmirə Aslanova
Gülmirə Aslanova

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun noyabrın 2-də yaydığı bəyanatda bildirilir.

“Biz Azərbaycan hakimiyyətindən 2019-cu ilin iyunundan bu yana Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri sərbəst buraxmağa çağırırıq".

Xatırlama

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda - Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir. Məhkəmə bu ittihamı jurnalistin üzərindən götürüb.

Polad Aslanov ittihamların heç birini qəbul etmir və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu qeyd edib.

XS
SM
MD
LG