Accessibility links

Dövlət Departamenti Azərbaycanı COVİD-19-dan müxalifət və ictimai tənqidi susdurmaq üçün istifadə etməməyə çağırıb 


“Azərbaycan hakimiyyəti müxalifət üzvlərini və hökumətin digər tənqidçilərini təqib və həbs edərək psixiatriya xəstəxanasına yerləşdirib.”

Bu barədə ABŞ Dövlət Departamentinin 20 iyul tarixli bəyanatında deyilir.

ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini COVİD-19-a cavab olaraq atılan addımlardan vətəndaş cəmiyyətini, müxalif səsləri və ya ictimai müzakirələri susdurmaq üçün istifadə olunmadığını təmin etməyə çağırıb.

Tofiq Yaqublu etiraz aksiyası zamanı polislər tərəfindən saxlanılarkən
Tofiq Yaqublu etiraz aksiyası zamanı polislər tərəfindən saxlanılarkən

ABŞ COVID-19 pandemiyasına qlobal reaksiya zamanı demokratiyanın, yaxşı idarəetmənin və insan hüquqlarının qorunmasına sadiq qaldığını bildirib.

Dövlət Departamenti qeyd edir ki, insan hüquqlarına, əsas azadlıqlara, demokratik institutlara və qanunun aliliyinə hörmət edən və müdafiə edən cəmiyyətlər böhranlara daha yaxşı və daha səmərəli reaksiya verirlər.

Bununla belə sənəddə vurğulanıb ki, COVID-19-a qarşı mübarizədən fikirlərin repressiyası üçün bir bəhanə kimi istifadə edilməməlidir.

Azərbaycan hökuməti bir qayda olaraq beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Rəsmi Bakı ölkədə karantin rejiminin tətbiqində ayrıseçkiliyə yol verilmədiyini və müxalif fəalların izlənərək həbs edilməsini dezinformasiya sayır.

Şərhlərə bax

XS
SM
MD
LG