Accessibility links

Dövlət Departamenti: Azərbaycan terror aktlarının qarşısının alınması qabiliyyətini nümayiş etdirib - Ekspert rəyləri


Azərbaycan ABŞ Dövlət Departamentinin terrorizmin aşkar edilməsi və qarşısının alınması üzrə “fəal iş” apardığına görə təriflədiyi beynəlxalq tərəfdaşlar sırasındadır.

Bu barədə iyunun 24-də açıqlanan terrorizmə qarşı mübarizə haqqında illik hesabatda deyilir.

Lakin Vaşinqton eyni zamanda xatırladıb ki, Azərbaycanda terrorizmə qarşı mübarizədən siyasi opponentlərin aradan qaldırılması üçün bəhanə kimi istifadə edilməsinə dair faktlar var.

Hesabatda deyilir ki, 2019-cu ildə Azərbaycanda terror aktları qeydə alınmayıb.

Hüquq - mühafizə orqanları və təhlükəsizlik xidməti “Azərbaycan ərazisində terror aktlarının aşkar edilməsi, qarşısının alınması və durdurulması qabiliyyətini nümayiş etdiriblər”.

Bununla yanaşı sənəddə deyilir ki, hüquq-mühafizə və təhlükəsizlik orqanları “terrorizm" və “ekstremizm” anlayışlarını “çox geniş” tətbiq edib.

“Nəticədə siyasi opponentlər və dini fəallar məhkəmələrə verilib, təqiblərə, həbslərə və amansız davranışa məruz qalıb. Fiziki zorakılıq faktları ən çox Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə İdarəsi tərəfindən törədilib,” hesabatda bildirilir.

Sənəddə deyilir ki, Azərbaycan terrorçuların və cinayətkarların izləmə siyahılarından və giriş limanlarında bioqrafik/biometrik yoxlamadan istifadə edir.

“Xüsusi Dövlət Mühafizə Xidməti Azərbaycan prezidentini qorumaq, xarici dövlət və hökumət başçılarının səfərlərinin təhlükəsizliyini təmin etmək, neft və qaz boru kəmərləri kimi mühüm infrastruktur və strateji dövlət obyektlərinin təhlükəsizliyi həvalə olunmuş Prezident Administrasiyasının nəzdində bir təhlükəsizlik agentliyidir. Dövlət Sərhəd Xidməti Dövlət Gömrük Komitəsi ilə birgə sərhəd təhlükəsizliyini idarə edir və insanları, pulları və materialları, o cümlədən kütləvi qırğın silahlarını Azərbaycanın quru və dəniz sərhədləri boyunca daşımaq üçün terror səylərinin qarşısını alır. Dövlət Sərhəd Xidməti eyni zamanda dənizdəki neft platformalarını terrorizmdən müdafiə etmək üçün məsuliyyət daşıyır. Baş Prokurorluq terrorçuluqda, terrorçuluqda sui-qəsddə, terrorizmə yardım etmək üçün sui-qəsddə və digər terrorizmlə əlaqəli cinayətlərdə şübhəli bilinənlərin mühakimə olunmasına cavabdehdir.”

Hesabatda bildirlir ki, Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidmətləri öz aralarında və terrorizmlə bağlı regional və beynəlxalq tərəfdaşlarla məlumat paylaşır.

Hüquq-mühafizə və təhlükəsizlik orqanları terrorizm və ekstremizm anlayışlarını çox geniş tətbiq edib. Nəticədə siyasi opponentlər və dini fəallar məhkəmələrə verilib, təqiblərə, həbslərə və amansız davranışa məruz qalıb.
Dövlət Departamentinin hesabatından sitat

“Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə Azərbaycan MONEYVAL-ın (Avropa Şurasının Çirkli Pulların Yuyulmasına qarşı Mübarizə üzrə Komitəsi), Maliyyə Monitorinqi Xidməti olan FIU, Egmont Qrupunun üzvüdür. 2019-cu ildə Azərbaycan “Cinayət yolu ilə əldə edilmiş pullarla mübarizə, digər əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı” nın icrasını davam etdirib. Zorakı ekstremizmə qarşı mübarizə sahəsinə gəlincə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2019-cu ilin aprelində Təhsil Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə Azərbaycanda orta ümumtəhsil məktəbləri və dövlət universitetlərinin tədris planlarına daxil ediləcək bir din kursu hazırladığını elan edbi. Komitənin fikrincə, kurs dövlətin "dünyəvi siyasətini təşviq edəcək, radikal və fundamentalist cərəyanların yayılmasının qarşısının alınmasına kömək edəcək."

Beynəlxalq və regional əməkdaşlıq sahəsində Azərbaycan Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatına və digər beynəlxalq qurumların üzvdür.

“Azərbaycan NATO-nun Kollektiv Təhlükəsizlik təşəbbüslərini Alyansın Sülh Naminə Tərəfdaşlıq Proqramına üzv olaraq dəstəkləyir. Azərbaycan NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında iştirak edir, orada 120 nəfərlik sülhməramlı hərbçisi olmaqla, Əfqanıstan Milli Ordusunun Dəstək Fonduna töhfə verir,” sənəddə deyilir.

Turan agentliynin “ABŞ Azərbaycan hökumətinin öz tənqidçilərini və müxalifəti kənarlaşdırmaq üçün terrorizmdən istifadə edə bilməsindən narahatdırmı?” sualının cavabında Dövlət Departamentinin terrorizmə qarşı mübarizə üzrə koordinatoru, səfir Natan Seylz deyib ki, “terrorizmə qarşı mübarizə insan hüquqlarına tam hörmət edilməsini və qanunun aliliyini nəzərdə tutur”.

Bəlkə də bunun ən rüsvayçı nümunəsi Çin hakimiyyətinin bir milyona yaxın müsəlmanın-uyğurlar, etnik qazaxlar və digər müsəlman azlıqlarının yaşadığı Sintszyandakı hərəkətidir. Bu, terrorizmə qarşı mübarizə deyildir. Bu, sadəcə repressiyadır.
Natan Seylz, səfir

“Təəssüf ki, dünyada çox ölkə var ki, terrorizm problemindən siyasi etirazların yatırılması, dini və ya etnik azlıqların sıxışdırılması və ya təcrid edilməsi üçün bəhanə kimi istifadə edir,” Seylz Dövlət Departamentinin Mətbuat Mərkəzinin iyunun 24-də təşkil etdiyi videokonfrans zamanı deyib.

“Bəlkə də bunun ən rüsvayçı nümunəsi Çin hakimiyyətinin bir milyona yaxın müsəlmanın-uyğurlar, etnik qazaxlar və digər müsəlman azlıqlarının yaşadığı Sintszyandakı hərəkətidir. Bu, terrorizmə qarşı mübarizə deyildir. Bu, sadəcə repressiyadır,” o qeyd edib.

Məruzədə dünyada terrorizmin əsas sponsorları sırasında İranın adı çəkilir. Tehranın bütün Avropada baş verən sui-qəsdlər və partlayışlarda əli var ki, bu da bəzi ölkələrin İranla diplomatik münasibətləri pozmasına gətirib çıxarıb.

Çərşənbə günü Dövlət Departamenti İŞİD-in yeni lideri, Əmir Məhəmməd Səid Əbdül-Rəhman əl-Maulənin yeri barədə məlumata görə mükafatı 10 milyon dollara qədər artırıb.

Azərbaycanın rəsmi qurumları hesabata münasibət bildirməs də müxalifət partiyasının funksioneri və ekspertlər sənədin reallığı əks etdirdiyini bildirir.

Seymur Həzi: Müxalifətə qarşı radikal ittihamların irəli sürülməsi diqqətdən yayınmamalıdır

Müaxlifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Amerikanın Səsinə bildirib ki, ABŞ-ın Azərbaycan dövlətinin müttəfiqi olması Azərbaycan xalqı üçün çox mühümdür.

Seymur Həzi
Seymur Həzi
Məsəl üçün heç bir gəliri olmayan AXCP üzvü Niyaməddin Əhmədov terrorçuluğu maliyyələşdirməkdə ittiham olunur. Və bütün dünyanın gözü qarşısında hakimiyyət bunu AXCP-yə qarşı əməliyyat kimi həyata keçirir.
Seymur Həzi, AXCP sədrinin müavini

“Bu bizim regionun mürəkkəbliyi ilə yanaşı, həm də gələcəyə olan baxışlarımız üçün vacib məqamdır. ABŞ Dövlət Departamentinin Azərbaycanı öz ölkəsinin müttəfiqi saymaqla bir sıra nöqsanlara diqqət çəkməsi onu deməyə əsas verir ki, Vaşinqton bu məsələyə Azərbaycan dövləti və Azərbaycan hakimiyyəti kimi iki subyektə münasibət kontekstində baxır. Təbii ki, Azərbaycan hakimiyyəti “terrorizmlə mübarizə” adı altında dəfələrlə Azərbaycanda öz siyasi maraqlarını təmin etməyə cəhd edib. Bu, dünya birliyi tərəfindən də qınanılıb. Burada müxalifətə qarşı radikal ittihamların irəli sürülməsi diqqətdən yayınmamalıdır. Məsəl üçün heç bir gəliri olmayan AXCP üzvü Niyaməddin Əhmədov terrorçuluğu maliyyələşdirməkdə ittiham olunur. Və bütün dünyanın gözü qarşısında hakimiyyət bunu AXCP-yə qarşı əməliyyat kimi həyata keçirir. Ona görə də hakimiyyətin haqqında deyilən məqamlar tamamən reallıqdır və bu, əslində Azərbaycanda antiterrorun terrora çevrilməsinin beynəlxalq səviyyədə təsbitidir,” o qeyd edib.

İsa Qəmbər: Azərbaycan hakimiyyəti siyasi müxalifətə və dini fəallara qarşı repressiyaları davam etdirir

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikannın Səsinə müsahibəsində bildirib ki, Dövlət Departamentinin hesabatının Azərbaycanla bağlı hissəsi reallığı əks etdirir.

İsa Qəmbər
İsa Qəmbər

Azərbaycan hakimiyyəti Çin və başqa dövlətlər kimi həm siyasi müxalifətə, həm dini fəallara qarşı repressiyaları davam ertdirir.
İsa Qəmbər, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri

“Təəssüf ki, Azərbaycan hakimiyyəti Çin və başqa dövlətlər kimi həm siyasi müxalifətə, həm dini fəallara qarşı repressiyaları davam ertdirir. Xüsusən son dövrlər terrorizmə qarşı mübarizə bəhanəsi ilə bəzən siyasi müxalifətə və dini fəallara qarşı qərarlar qəbul edir. Azərbaycanın demokratik ictimaiyyəti, vətəndaş cəmiyyəti, siyasi partiyalar bunun yolverilməz olduğunu bildirəndə, Azərbaycan hakimiyyətindən bu praktikaya son qoyulmasını tələb edəndə, hakimiyyət bizi, cəmiyyəti eşitmir. Nəticədə Azərbaycanın adı insan haqlarını pozan ölkələrlə bir sıyashıya düşür. Burada miylonlarla uyğura qarşı repressiya tətbiq edən Çin kimi totalitar bir dövlətlə yanaşı, Azərbaycan kimi, əslinə qalsa hər cəhətdən demokratik inkişaf şansları, imkanı, potensialı olan bir ölkənin eyni sırada adı hallanır. Bu yolverilməzdir və Azərbaycan hakimiyyəti bu praktikaya son qoymalıdır,” o qeyd edib.

İsa Qəmbər: Azərbaycan hakimiyyəti siyasi müxalifətə və dini fəallara qarşı repressiyaları davam ertdirir
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Terrorizmlə bağlı mübarizədə digər sahələrdə Azərbaycanın rolu barədə hesabatdakı məqamlara gəlincə, İsa Qəmbər bildirirb ki, ABŞ-ın bu məsələdə yanaşmada öz meyarları var.

“Həmin meyarlara cavab verən dövlətlərin fəaliyyəti adətən Dövlət Departamenti tərəfindən qeyd edilir. Azərbaycan hakimiyyəti də çalışır ki, böyük ehtiyac olmadan, öz hakimiyyətinə təhlükə yaranmayacağı hallarda beynəlxalq təşkilatların, ABŞ-ın meyarlarına uyğun fəaliyyət göstərsin. Bu baxımdan hesab edirəm ki, deyilənlər əsasən həqiqətə uyğundur,” o Amerikanın Səsinə müsahibəsində bildirib.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri hesabata daha detallı münasibətini sənədi tam öyrəndikdən sonra bildirəcəyini deyib.

Ərəstun Oruclu
Ərəstun Oruclu

Ərəstun Oruclu: Hesabatda yumşaq ritorikadan istifadə edilib, amma ABŞ-dan baxanda bu düzgün deyil

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş Milli Təhlükəsizlik Nazirliynin əməkdaşı Ərəstun Oruclu Amerikanın Səsinə bildirib ki, ABŞ Dövlət Deparatmentinin hesabatında Azərbaycanın aktiv tərəfdaş kimi dəyərləndirilməsi müsbət haldılr.

Ərəstun Oruclu: Hesabatda yumşaq ritorikadan istifadə edilib, amma ABŞ-dan baxanda bu düzgün deyil
please wait

No media source currently available

0:00 0:04:51 0:00
Amma, çox təəssüf ki, hesabatda balanslı bir mövqe sərgilənib. Sanki əməkdaşlığı davam etdirmək naminə yumşaq ritorikadan istifadə edilib. Halbuki, ABŞ-dan baxdıqda açıq yumşaq ritorikanın zamanı deyil.
Ərəstun Oruclu, ekspert

“Hesabatda qeyd olunduğu kimi Azərbaycan terrorizmə qarşı mübarizədə müəyyən uğurlar qazanıb. Ölkənin ərazisində də terror aktlarının baş verməsi müşahidə olunmayıb. Həm də ədalətli şəkildə qeyd olunur ki, Azərbaycanda terrorizmə qarşı mübarizədən hakimiyyətin opponentlərinə qarşı istifadə olunur. Bu mövzu siyasi məqsədlərlə istismar olunur. Düşünürəm ki, burada da qüsurlar var. Qüsurlardan biri odur ki, söhbət tək siyasi opponentlərdən getmir. Biz `Gəncə işi`ni nəzərdən keçirsək, Gəncə şəhər icra hakimiiyyətinin keçmiş başçısı Elmar Vəliyevə qarşı törədilən sui-qəsd son nəticədə bir terror təşkilatının fəsliyyəti kimi təqdim edildi, çoxsaylı günahsız insanlar mühakimə olundu. Düşünürəm ki, Dövlət Departamentinin hesabatında bu, mütləq öz əksini tapmalı idi və buna mütləq qiymət verilməli idi. Çünki söhbət terrorizmə qarşı mübarizə kimi mühüm bir mövzunun təkcə hakimiyyətin opponentlərinə qarşı yox, belə götürəndə, burada söhbət həm də adi bir cinayət törətmiş insanlara qarşı istifadəsindən gedir. Bu da çox təhlükəli tendensiyadır. Çünki sabah anaoloji yolla Azərbyacan hakimiyyəti eyni ittihamı bütöv bir siyasi təşkilata, partiyaya, vətəndaş cəmiyyəti institutlarına irəli sürə bilər. Biz görmüşük ki, məhz həmin prosesdə, `Gəncə işi` adlanan prosesdə ölkənin təhlükəsizlik və polis qüvvələri tərəfindən 6 ya 7 nəfər terrorçu kimi fiziki olaraq məhv edilib. Bax, bu, çox təhlükəli tendensiyadır. Düşünürəm ki, bu, Dövlət Departamentinin hesabatında öz əksini tapmalı idi və Azərbaycan açıq şəkildə tənqidə məruz qalmalı idi. Amma çox təəssüf ki, hesabatda balanslı bir mövqe sərgilənib. Sanki əməkdaşlığı davam etdirmək naminə yumşaq ritorikadan istifadə edilib. Halbuki, ABŞ-dan baxdıqda açıq yumşaq ritorikanın zamanı deyil. Çünki söhbət, hətta qeyd etdiyim, terrorizmi faktorundan sui-istifadədən getmir, söhbət həm də ondan gedir ki, ABŞ-ın dəstəyi ilə Azərbaycanda, konkret olaraq Xəzərin Azərbaycan sekorunda yaradılmış nüvə komponentlərinin daşınmasının qarşısının alınması və yaxud daşınmaya nəzarət üçün Sərhəd Mühafizə Xidmətinin gəmilərində biz son ay ərzində keçirilmiş antikorrupsiya əməliyyatı adı altında bir təxribatın şahidi olduq. Mən hesab edirəm ki, bu təxribatdır. Çünki, bu gün də aldığımız məlumata görə, faktiki olaraq həmin gəmilərə həbs qoyulub. Çinayət subyekti kimi nəzarətə götürülüb və fəaliyyətsiz qalıb. Halbuki ABŞ-ın dövlət dəstəyi ilə alınmış və təchiz olunmuş həmin gəmilərin çox mühüm, çox vacib funksiyalarından biri də bölgədən, istər Azərbaycanın quru ərazisindən, istərsə də Xəzər hövzəsindən keçə biləcək nüvə komponentlərinə nəzarət funksiyasını yerinə yertirir. Həmin gəmilərdə bu funksiyanı yerinə yetirən xüsusi qamma şüalarını müəyyənləşdirən qamma detektorları yerləşdirilib. Azərbaycan hakimiyyəti isə Rusiyanın sifarişi ilə əvvəlcə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyada güzəştə getdi, tamamilə fərqli bir anlaşmaya imza atdı. İndi isə həmin gəmiləri neytrallaşdırır. Bu isə terrorizmə, o cümlədən nüvə terrorizminə qarşı mübarizənin imkanlarınıl mnəhdudlaşdırır. Düşünürəm ki, bu da hesabatda əksini tapmalı idi və buna lazımı qiymət verilməli idi. Amma, çox təəssüf ki, bu yoxdur. Dediyim kimi hesabat balanaslı tərtib olunub,” o, Amerikanın Səsinə bildirib.

Azərbaycan terrorizmə qarşı

Azərbaycan hökumət rəsmiləri Dövlət Departamentinin hesabatına və eksperltlərin fikirlırinə hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan məhkəmələri Suriya, İraq, Əfqanıstan və Pakistanda terror dəstələrinin tərkibində döyüşmüş çoxsaylı Azərbaycan vətəndaşlarını məhkum edib.

Ölkədə 1999-cu ilin 18 iyununda “Terrorizmə qarşı mübarizə haqqında” qanun qüvvəyə minib, 2001-ci ilini oktyabrında "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında" Beynəlxalq Konvensiyaya qoşulub.

Azərbaycana bir çox beynəlxalq və dövlətlərarası təşkilatlarla terrorizmə qarşı mübarizə, məlumatların mübadiləsi sahəsində əməkdaşlıq edir.

Ölkə rəhbərləri Dağlıq Qarabağ münaqişəsinə istinad edərək Azərbaycanın özünün terrorizmdən əziyyət çəkdiyni bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG