Accessibility links

Dövlət Departamenti Azərbaycandan insan alveri ilə mübarizə istiqamətində real addımlar gözləyir


2021 Trafficking in Persons Report

ABŞ Dövlət Departamentinin iyulun 2-də 2021-ci il üçün İnsan Alverinə dair hesabatı (2021 Trafficking in Persons (TIP) Report) açıqlanıb.

Hesabatı ABŞ dövlət katibi Antoni Blinken təqdim edib.

Adı çəkilən hesabatda 188 ölkə və ərazi qeyd edilib.

Bu hesabatın Azərbaycan hissəsində deyilir ki, Azərbaycan hökuməti insan alverinin ləğvi üçün minimum standartlara cavab verməsə də, bu istiqamətdə əhəmiyyətli səylər göstərir. Buraya məhkum olunmuş insan alverçilərinə daha sərt cəzaların verilməsi, ölkədaxili insan alveri də daxil olmaqla daha çox qurbanın aşkarlanması daxildir.

View of Baku( Azerbaijan)
View of Baku( Azerbaijan)

Sənəddə hökumətin qurbanlara yardımı çox az qaldırdığı, 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı qəbul etdiyi bildirilir.

Hesabatda hüquq-mühafizə orqanlarının insan alverinə qarşı fəaliyyətinin azaldığı da qeyd edilir, ötən il məhkəmə qarşısına 21 təqsirləndirilən çıxarılıbsa, 2019-cu ildə bu say 30 olub. Məhkəmələr 15 insan alverçisini məhkum edib. 2019-cu ildə onların sayı 42 olmuşdu.

Pandemiyaya görə məhkəmə prosesləri təxirə salınıb. Amma hüquq-mühafizə orqanları bu dönəmdə də insan alveri daxil olmaqla, ağır cinayətləri prioritet hesab edib.

Hesabatda hökumətin ötən il qurbanlara yardım üçün 119 min manat, QHT-lərə Dövlət Dəstəyi Şurasının isə 172 min manat ayırdığı qeyd olunur.

QHT-lərin nəzdindəki sığınacaqların maliyyəsi aşağıdır, xarici qrantları məhdudlaşdıran qanunvericilik isə onların xarici donorlardan vəsait almasını mümkünsüz edir, sənəddə vurğulanır.

Hesabatın insan alveri üzrə ticarət profilində qeyd edilir ki, son beş ildə olduğu kimi, insan alverçiləri Azərbaycanda yerli və xarici qurbanları istismar edirlər. Azərbaycandan qurbanlar isə xaricə aparılır. Azərbaycanlı kişilər və oğlanlar Qətər, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrdə məcburi əməyə cəlb olunurlar.

“Qadınların isə həm ölkə daxilində, həm də İran, Malayziya, Pakistan, Qətər, Rusiya, Türkiyə və BƏƏ-də cinsi istismara cəlb edildiyi bildirilir. Azərbaycan özü də Çin, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistandan seks və əmək alveri üçün idxal ölkəsidir.

Azərbaycanda uşaqlar dilənçiliyə, yolkənarı satış və çay evlərində, eləcə də şadlıq saraylarında məcburi əməyə cəlb olunur” deyə, hesabatda əks edilib.

Hesabatda vurğulanan daha bir məqam pandemiya qadağalarından dolayı neftçilərin dənizdə uzunmüddətli əmək növbələrinə cəlbidir. 2019-2020-ci illərdə pambıq yığımında məcburi əməyə cəlbi haqda vətəndaş cəmiyyəti və hökumət rəsmilərindən informasiya gəlməyib. 2018-ci ildə dövlət sektoru işçilərinin payızda pambıq yığımına məcbur edilməsi xəbərləri gəlirdi.

Bundan əlavə hesabatda bir sıra tövsiyələr də irəli sürülür. Buraya məhkum olunan insan alverçilərinə adekvat cəzaların, sərt həbs cəzaları kəsmək; məcburi əmək, uşaq alveri daxil ölkəiçi insan alveri ilə mübarizəni gücləndirmək; alver qurbanlarının yoxlanması üçün standart prosedurların qəbulu, rəsmilərə bu sahədə təlim keçmək müstəntiqlərə, prokurorlara, hakimlərə müvafiq təlim keçmək; qrafik üzrə və qəfil əmək təftişlərinə moratoriumu qaldırmaq; potensial uşaq qurbanların qorunması üçün spesifik prosedurlar qəbul edərək həyata keçirmək və sairə daxildir.

View of Baku( Azerbaijan)
View of Baku( Azerbaijan)

Rəsmilər nə deyir ?

Rəsmi Bakı hələ hesabata münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hökuməti ölkədə insanların fundamental hüquqlarının tam təmin edildiyini bildirir və tənqidləri qəbul etmir, qərəzli sayır.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG