Accessibility links

Dövlət Gömrük Komitəsi 128 kiloqram heroin tutub


128 kq heroin tapılıb - Dövlət Gömrük Komitəsi
128 kq heroin tapılıb - Dövlət Gömrük Komitəsi

Azərbaycan Dövlət Gömrük Komitəsi 128 kiloqram 689 qram narkotik vasitə - heroin aşkar edərək dövriyyədən çıxarıb.

Qurum bununla bağlı iyunun 18-də məlumat yayıb.

Məlumatda deyilir ki, Biləsuvar gömrük postunda İrandan Azərbaycana yüksüz daxil olan Türkiyə vətəndaşı Karataş İmdatın idarə etdiyi yük avtomobilindən ümumi çəkisi 128 kiloqram 689 qram heroin aşkar edilib.

Gömrük Komitəsi bildirir ki, komitə yük avtomobilinin Azərbaycandan tranzit keçməklə Avropa ölkələrinə külli miqdarda narkotik vasitələr aparacağı barədə qabaqcadan əməliyyat məlumatına malik olub.

Rəsmi açıqlamaya hələ Türkiyə vətəndaşı olan yük avtomobilinin sürücüsü və ya onuin vəkili münasibət bildirməyib.

Yerli mediada dərc olunan məlumatlara əsasən Azərbaycana narkotiklər əksər hallarda İrandan quru yolu ilə gətirilir. Hüquq mühafizə və gömrük orqanları il ərzində dəfələrlə İrandan gətirilən böyük partiya narkotik tutub.

Sonuncu dəfə bu il martın 19-da İrandan gətirilən 110 kiloqram 400 qram heroin tutulub.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev yerli mediaya bildirib ki, 2018-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar olunub.

“Bu faktlar üzrə ümumilikdə 1 ton 193 kiloqram 527 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb".

"2018-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 291 nəfər: 252 kişi və 39 qadın olmaqla, 199 nəfər Azərbaycan vətəndaşı və 92 nəfər əcnəbi (58 İran, 14 Gürcüstan, 9 Rusiya, 6 Türkiyə, 2 Qazaxıstan, 1 Ukrayna, 1 Türkmənistan və 1 ABŞ vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 24 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib," komitə sədri qeyd edib.

XS
SM
MD
LG