Accessibility links

Dövlət Gömrük Komitəsi kişmiş bağlamalarında 28 kq heroin tapıb


Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ukraynaya narkotik vasitələr aparılarkən saxlandığı bildirilir.

Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi fevralın 21-də məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukrayna vətəndaşı Volodimir İvonyak idarə etdiyi "Renault" markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasının Malayer şəhərindən Odessa şəhərinə "kişmiş" apararkən Astara gömrüyündə saxlanıb:

"Nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib. Bu zaman nəqliyyat vasitəsinin qoşqusunun ön divarında, soyuducu qurğusunun aşağı hissəsində, dördkünc formalı şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb olunub.Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda olan kişmiş yükü boşaldılıb. Daha sonra nəqliyyat vasitəsi kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb. Kinoloji xidmət iti həmin hissəyə reaksiya verdiyindən divar xüsusi alət və avadanlıqlardan istifadə edilərək sökülüb. Nəticədə nəqliyyat vasitəsinin ön divarında, soyuducu qurğusunun aşağısında, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü 54 yastı dördkünc formalı bağlama aşkar edilib".

DGK bildirir ki, bağlamalarda çəkisi 28 kq 400 qram olan narkotik vasitə - heroin olduğu müəyyənləşib, araşdırma aparılır.

Bu açıqlamaya Ukrayna vətəndaşı V.İvonyak və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG