Accessibility links

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edilib


Həbs
Həbs

Azərbaycanın dövlət sərhədindən qatar və yük maşınları ilə nəql edilməklə külli miqdarda tütün məmulatlarının ölkədən müntəzəm qaçaqmalçılıq yolu ilə çıxarılmasında şübhəli bilinən Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, Qusar rayonu ərazisində yerləşən Samur Gömrük postunda (Bakıdan 220 kilometr şimal) yük avtomobilinə baxış zamanı gömrük nəzarətinə başqa ad altında bəyan edilmiş, üzəri digər məhsulla qablaşdırılmış, xarici istehsallı 15 ton çəkidə tütün məmulatları aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə aparılan cinayət işi üzrə Azərbaycan vətəndaşları - Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Emin Hüseynov, Kərim Hüseynov və Ramin Əliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG