Accessibility links

Dövlət ittihamçısı Bakıda mühakimə olunan Ermənistan vətəndaşlarına 20 il həbs istəyib


Məhkəmə

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə verməkdə və digər cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşları Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın işi üzrə məhkəmə istintaqı yekunlaşıb. İyulun 28-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmədə dövlət ittihamçısı onlara 20 il həbs istəyib.

Bakının Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmədə çıxış edən prokuror bildirib ki, təqsirləndirilən şəxslərin cəzasının 10 ilini həbsxanada, 10 ilini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi istəyib.

Prokurorun çıxışından sonra zərərçəkən şəxslər ifadə verərək təqsirləndirilənlərin ömürlük azadlıqdan məhrum edilmələrini məhkəmədən xahiş edib. Vəkillərin müdafiə çıxışına hazırlaşmaları üçün vaxt istədiyi bildirilir. Proses avqustun 2-də davam etdiriləcək.

Rəsmi məlumatlara görə, Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci ildə, Alyoşa Xosrovyan isə 3 oktyabr 2020-ci ildə Azərbaycan ərazisində saxlanılıb. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə təqsirli bilinir. Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan işgəncə verilməsi, qəsdən adam öldürülməsi ilə bağlı ittihamları qəbul etmir və özlərini müqəssir saymır.

Rəsmi Yerevan Azərbaycan Cinayət Məcəlləsi ilə təqsirli bilinən hər iki Ermənistan vətəndaşını hərbi əsir hesab edir və onların azad edilmələrini istəyir. Ermənistan Azərbaycan tərəfindən Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyana qarşı cinayət işinin qaldırılmasını kəskin şəkildə qınadığını bildirib. Ermənistan Müdafiə Nazirliyinin bəyanatında onlara qarşı cinayət işinin qaldırılmasının "beynəlxalq humanitar qanunun və 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatda əks olunmuş öhdəliklərin açıq şəkildə pozulması" olduğu bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG