Accessibility links

Dövlət ittihamçısı general Rövşən Əkbərovun 11 il azadlıqdan məhrum edilməsini istəyib


Rövşən Əkbərov
Rövşən Əkbərov

Keçmiş korpus komandiri, general-leytenant Rövşən Əkbərovun 11 il azadlıqdan məhrum edilməsi istənilib.

Bununla bağlı oktyabrın 13-də Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxs barədə toplanan materialların məhkəmə istintaqı ilə sübuta yetirildiyini əsas gətirərək Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 təqsirli bilinməsiin istəyib. Bundan əlavə dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxs barəsində qəbul edilən Cinayət Məcəlləsinin 12.1, 221.3-cü maddəsinin ittihamdan çıxarılmasını və qaldırılan mülki iddianın qanunvericiliyə uyğun həll edilməsini qeyd edib.

Zərərçəkmiş şəxsinin müdafiəçisi isə dövlət ittihamçısının cəza təyin etdiyi müddətdən razı qalmadığını bildirərək Rövşən Əkbərovun 15 il azadlıqdan məhrum edilməsini xahiş edib.

Bundan əvvəl Rövşən Əkbərov məhkəmədə ifadə verib.

Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilmədiyini və qətlə yetirilən Elçin Əliyevi cəmi üç dəfə gördüyünü deyib.

Rövşən Əkbərovun vəkilləri müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Proses oktyabrın 22-də davam etdiriləcək.

2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kyivdə biznesmen Elçin Əliyev bıçaqla qətlə yetirilib. Şahidlərdən biri və mərhumun anası birbaşa qatilin Rövşən Əkbərov olduğunu deyib.

O zaman bu hadisə ört-basdır edilib. Ola bilsin ki, 1994-cü və 1995-ci illərdə Bakıda və Gəncədə hökumət əleyhinə çıxışların qarşısının alınmasında Əkbərovun xidmətlərini nəzərə alıblar. Buna görə ona Milli Qəhrəman adı verilmişdi.

55 yaşlı Rövşən Əkbərov ordu korpusunun komandiri olub, Birinci Qarabağ Müharibəsində iştirak edib.

XS
SM
MD
LG