Accessibility links

ABŞ Dövlət Katibi Blinken və Prezident Əliyev arasında telefon söhbəti oldu


ABŞ Dövlət Katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev 
ABŞ Dövlət Katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev 

ABŞ Dövlət Katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev telefon söhbəti zamanı ikitərəfli tərəfdaşlıq əlaqələrinin vacibliyini vurğulayıb və bir sıra müxtəlif məsələləri müzakirə edib.

Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Praysın açıqladığı bəyanatda bildirilir.

Dövlət Katibi Blinkenin telefon söhbəti zamanı insan hüquqlarına hörmət edilməsinin vacibiyini qeyd etdiyi bildirilir.

"Dövlət Katibi insan hüquqları və fundamental azadlıqlara hörmət edilməsinin vacibliyini qeyd edib," bəyanatda deyilir.

Dövlət Departamentinin açıqladığı bəyanatda Blinkenin Minsk Qrupunun həmdsədrlərinin Dağlıq Qarabağda davamlı sülhə nail olunması istiqamətində səylərini davam etdirməsinin vacibliyini vurğuladığı bildirilir.

"Dövlət Katibi ATƏT-in Minsk Qrupunun həmsədlərinin Dağlıq Qarabağ münaqişəsinin regionun bütün xalqlarının faydalandığı davamlı siyasi həllinə dair danışıqların aparılması üçün səylərini davam etdirməsinin vacibliyini qeyd edib," bəyanatda deyilir.

Blinken az sonra Twitterdə Azərbaycan prezidenti ilə söhbəti "yaxşı fürsət" kimi dəyərləndirib.

"Azərbaycan Prezidenti İlham Əliyevlə danışmaq və ikitərəfli partnyorluğun vacibliyini vurğulamaq yaxşı fürsət oldu. Mən həmçinin ATƏT Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinə davamlı siyasi həll yolu tapmaq səylərinə dəstəyimizi çatdırdım," Blinken yazıb.

Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydğı məlumata əsasən, söhbət əsnasında İlham Əliyev Azərbaycan-ABŞ əlaqələrinin zəngin tarixə malik olduğunu qeyd etmiş, Cənub Qaz Dəhlizi layihəsinin icrasına verdiyi dəstəyə görə ABŞ hökumətinə təşəkkür etmişdir.

"Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılmışdır. Prezident İlham Əliyev bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini çatdırmış, ölkəmizin ermənilər tərəfindən dağıdılan ərazilərində bərpa işlərinin həyata keçirildiyini qeyd etmişdir," mətbuat xidmətinin açıqlamasında deyilir.

Azərbaycan prezidenti habelə "regionda kommunikasiyaların açılmasının önəmini vurğulamış və uzun müddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırmışdır."

"Telefon danışığı zamanı tərəflər Azərbaycanda demokratik proseslərin inkişafı, insan haqlarının təmin olunması, siyasi pluralizmin qorunması və təmin edilməsinin önəmini vurğulamışlar," Azərbaycan tərəfinin açıqlamasında deyilir.

Bu, ABŞ Dövlət Katibi və Azərbaycan Prezidenti arasında ilk telefon söhbətidir.

Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədlər ölkələrindən biridir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG