Accessibility links

Dövlət katibi Kerri İordaniyadadır



ABŞ Dövlət katibi Con Kerri İsrail-Fələstin sülh razılaşmasının əldə edilməsi səylərinin bir hissəsi olaraq İordaniyaya səfər edib.

Dövlət Departamenti Kerrinin Aqaba kurort şəhərinə səfər etdiyini və burada İordaniya kralı Abdulla ilə görüşəcəyini bildirib.

Con Kerri hazırkı danışıqların növbəti raudu aprel ayının sonuna qədər başa çatdıqda çərçivə razılığını elan etməyi planlaşdırır.

Danışıqların gedişi ilə bağlı məlumat haqda informasiya olduqca azdır, lakin tərəflər bir-birini güzəştə getməməkdə günahlandırır.

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda fələstinli həmkarı prezident Mahmud Abbasın İsraili yəhudi dövləti kimi tanımasını istəyir.

Cənab Abbas bunun İsrailin ərəb vətəndaşlarının və öz evlərinə qayıtmaq istəyən fələstinli qaçqınların hüquqlarını təhlükə altına qoyacağını deyərək buna etiraz edir.

İsrail və fələstinlilər həmçinin sərhəd və gələcək Fələstin dövlətində Qüdsün statutsu kimi məsələlərlə bağlı da razılıq əldə etməlidir.
XS
SM
MD
LG