Accessibility links

Dövlət katibi Novruz bayramı münasibəti ilə təbrik yayıb


ABŞ dövlət katibi Mayk Pompeo "İran xalqını baharın və Yeni İlin gəlişini təcəssüm etdirən bu qədim ənənəni qeyd edən hamını, o cümlədən Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Hindistan, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan sakinlərini, kürdləri və onların Birləşmiş Ştatlardakı icmalarını" Novruz bayramı münasibətilə təbrik edib.

Novruz bayramı qeyd edilir
Novruz bayramı qeyd edilir

"Min illərdir Novruz bir çox xalqlar və cəmiyyətlər üçün mədəniyyət və irsin təməl daşıdır. Novruz ailə üzvlərinin və dostların yığışıb keçmiş haqqında düşünməsinə, gələcəyi qeyd etməsinə imkan verir, bu, həmçinin nə qədər uzaqda olursa-olsun, yaxın insanlarla ünsiyyət zamanıdır. Bu il Novruzu qeyd edən iranlıların sosial şəbəkə saytlarına qeyri-məhdud çıxışı olmalıdır ki, bayram tədbirlərindən fotoşəkillər paylaşsınlar və başqa şəhərlərdə və ya xaricdə yaşayan yaxınlarına bayram təbrikləri göndərsinlər. Məğrur İran xalqı repressiyalardan qorxmadan daha yaxşı həyat yaşamaq imkanına layiqdir. Qoy bu Novruz hamıya yeni təşəbbüslər və işıqlı gələcək gətirsin! Novruzunuz mübarək!" dövlət katibinin müraciətində qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG