Accessibility links

Dövlət Neft Fondunun 2018-ci ildə valyuta satışı 79.5 faiz artıb


2018-ci ildə Azərbaycan Dövlət Neft Fondu valyuta hərraclarında 6 milyard 640,4 milyon dollar satıb. 2017-ci ilə nisbətdə Dövlət Neft Fondu ABŞ valyutasının satışını 2 milyard 862,3 milyon dollar və ya 79,5 faiz artırıb.

Bu barədə Turan agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Dövlət Neft Fondu 2018-ci ilin dekabrında Mərkəzi Bankın valyuta hərracları vasitəsilə 677,1 milyon dollar satıb. Noyabr ayı ilə müqayisədə Dövlət Neft Fondu xarici valyuta satışını 23 milyon dollar və ya 3,5 faiz artırıb.

2018-ci ildə valyuta hərraclarında dolların məzənnəsi 1,7 manat olub.

XS
SM
MD
LG