Accessibility links

Dövlət Sərhəd Xidməti: Qazax istiqamətində təxribatın qarşısı alınıb


Sərhəd
Sərhəd

Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 1-i saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistan Silahlı Qüv­vələrinin döyüş mövqelərindən Azərbaycan ərazisinə doğru təxribat-diversiya qruplarının hərəkəti aşkarlanıb. DSX bunun qarşısının alındığını vurğulayır.

"Həmin tarixdə sərhəd məntəqələrimiz Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən iriçaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub...", - açıqlamada qeyd edilib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG