Accessibility links

Dövlət Təhlükəsizliyi Xidməti: Terror aktı planlaşdıran şəxs öldürülüb


Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkənin Şimal rayonlarında terror aktı planlaşdıran radikal dini ekstremist qrupun üzvünü öldürdüyü bildirilir.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatına görə radikal dini ekstremist qrupun üzvü Nizami Nəcəfov avqustun 28-də Xaçmaz rayonu ərazisində təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq avtomat silahdan atəş açaraq müqavimət göstərib.

Nəticədə DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə Nizami Nəcəfov öldürülüb.

Məlumatda deyilir ki, Nəcəfovun silah-sursat və partlayıcı maddələr əldə etməsi, ölkənin şimal rayonlarında terror aktı planlaşdırdığı barədə daxil olan məlumat aparılan araşdırmalarla təsdiqlənib.

Hadisə yerinə və meyitə baxış zamanı Nizami Nəcəfovun üzərindən 1 ədəd “AKSU” tipli avtomat, həmin silaha aid sursat, eləcə də kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nizami Nəcəfovun ailə üzvləri bu məlumata hələ münasaibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG