Accessibility links

Dövlət televiziyası: İranın cənubunda 5.9 bal gücündə zəlzələ baş verib


İranın dövlət televiziyası bazar günü nüvə elektrik stansiyasının yerləşdiyi Buşehr vilayətində 5.9 bal gücündə zəlzələnin baş verdiyini, lakin böyük zərər barədə məlumat verilmədiyini bildirib.

Zəlzələnin episentri Riq şəhəri olub. Region rəsmisinin dövlət televiziyasına bildirdiyinə görə, yaxın şəhər və vilayətlərdəki xəstəxanalar hazır vəziyyətə gətirilib, əraziyə xilasetmə qrupları və 50 təcili yardım maşını göndərilib.

Yerli rəsmi Qulamrza Merhcu dövlət televiziyasına zəlzənin baş verdiyi ərazidəki kəndlərdə su, elektrik və internetin bərpa olduğunu və daha çox yeraltı təkanların olacağından qorxaraq küçələrə çıxan insanların “evlərinə qayıtdıqlarını” bildirib.

İran hökumətinin rəsmisi Reuters agentliyinə Körfəz sahilindəki Buşehr nüvə kompleksinə zərər dəydiyi barədə məlumatların olmadığını bildirib.

Zəlzələ stansiyadan 100 kilometr məsafədə baş verib və İran mediasına əsasən, titrəyişi gücləndirən bilən dərinlikdə deyil, yalnız 10 kilometr dərinlikdə olub.

İran mediası zəlzələdən sonra 16 yer titrəyişinin baş verdiyi haqda məlumat verib və bəzi kəndlərdə palçıq kərpicdən hazırlanmış divarların dağıldığını göstərən şəkillər yayımlayıb.

İranın dövlət mediası Buşehr Tibb Universitetinin rəhbəri Səid Kəşmirinin sözlərinə istinad edərək, Gonavehdə beş nəfərin yaralandığı və xəstəxanaya aparıldığı haqda məlumat verib.

İran İslam Respublikası dünyanın zəlzələ təhlükəsinin ən güclü olduğu ölkələrindən biridir. 2003-cü ildə Kerman vilayətində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində 31 000 insan həyatını itirmiş, qədim Bəm şəhəri dağılmışdı.

XS
SM
MD
LG