Accessibility links

"Dövlət vəzifələrinin yalnız 11 faizini qadınlar tutur"


Hüquq müdafiəçisi Arzu Abdullayeva qızların hüquqlarından danışıb

“Azərbaycanda qızların hüquqları qanunvericilikdə lazımi səviyyədə əksini tapıb.” Lakin, Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva fikrincə, real vəziyyət qanunvericlikdə olduğu kimi deyil.

Beynəlxalq Qızlar Günü münasibəti ilə Amerikanın Səsinə verdiyi müsahibədə Arzu Abdullayeva qadınların Azərbaycan cəmiyyətində üzləşdiyi problemlər haqda danışıb.

Arzu Abdullayeva: Azərbaycanda qızların təhsili önəmli yer tutur
please wait

No media source currently available

0:00 0:06:18 0:00

“Qadınlar sülh prosesində də fəal iştirak edir. Əlbəttə, Ermənistan-Azərbaycan münaqişəsi qızlar və qadınlara çox ziyan vurub. Bir qayda olaraq qızlar və qadınlar müharibənin birnömrəli qurbanları olur,” o qeyd edib.

O, son illər ölkədə erkən nikahların çoxluq təşkil etdiyini bildirir.

“Bu ciddi problemdir. Səbəbi isə yoxsulluqla bağlıdır və erkən nikahlar əsasən əyalətlərdə çoxdur.”

Abdullayeva ölkədə yeni doğulan oğlanların sayının qızlara nisbətdə daha çox olması ilə bağlı deyib ki, bu sahədə ciddi işlər aparılmır.

​Arzu Abdullayeva hesab edir ki, selektiv abortların qarşısını almaq üçün təşviqat işləri aparılmalıdır.

“Maarifləndirici aksiyalar keçirilməlidir. Sovet dönəmində də Azərbaycanda oğlanların sayı qızlara nisbətdə çox olub. Amma bu nisbət 49-51 faizdən çox olmayıb. İndi nisbət daha çoxdur. Vəziyyətdən çıxış üçün dövlət komitəsi və vətəndaş cəmiyyətləri birgə işlər aparmalıdır. Yaxşı olardı ki, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin rayonlarda nümayəndələri olsun. Onlar yerlərdə qadın hüquqlarının qorunması, gender və erkən nikah məsələlərini daim qaldırsın.”

QHT rəhbərinin fikrincə, Azərbaycanda qızların təhsilə cəlbi yüksək səviyyədədir.

“Patriarxal ailələri çıxmaq şərti ilə Azərbaycanda qızların təhsili həmişə ailədə önəmli olub.”

O, Azərbaycanda qadınların pedoqoji, tibbi xidmət sahəsində daha çox çalışdığını bildirib.

“Statistikaya görə dövlət vəzifələrinin yalnız 11 faizini qadınlar tutur. Parlanmendə isə deputatların 16 faizi qadınlardır,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG