Accessibility links

Dünya ölkələri koronavirusa qarşı mübarizəyə davam edir


Dünya boyu ölkələr koronavirusun qarşısını almağa və sakinlərinə məhdudiyyətlərə tətbiq etməyə çalışırlar.

İspaniyanın paytaxtı Madriddə koronavirusa yoluxma hallarını azaltmaq məqsədilə cümə gecə qismən bağlama tədbirləri görülüb. Bağlanma tədbirlərinə İspaniya höküməti göstəriş versə də, şəhər yeni məhdudiyyətlərlə bağlı məhkəməyə müraciət edərək, bu tədbirlərin şəhərin iqtisadiyyatına ziyan vuracağını iddia edirlər.

Ölkə səviyyəsində verilən göstərişə əsasən, Madridin 3 milyon sakini iş, məktəb alış-veriş, xəstəxana istisna olmaqla evdən çıxmalarına icazə verilmir. Bütün bar və restoranlar daha tez bağlanmalı və müştərilərin sayını 50 faiz azaltmalıdırlar.

Bu məhdudiyyətlər yaxınlıqda azı 100 min sakini olan doqquz bələdiyyəyə də tətbiq olunur.

Avropada COVID-19-a yoluxma hallarını artmaqda davam edir. İspaniya hər 100,000 sakinə 300 yeni yoluxma halı ilə birinci yerdə gəlir. Madrid regionunda isə bu göstərici iki dəfə daha çoxdur.

İspaniyada indiyədək 32 min ölüm halı qeydə alınıb ki, bu, Britaniya, İtakiya və Fransada sonra Avropadakı dördüncü ən yüksək rəqəmdir.

Britaniya universiteti

Britaniyada bir digər universtitetdə koronavirusa kütləvi yoluxma halları qeyd alınıb. İngiltərənin şimal-şərqində yerləşən Northumbira Universiteti cümə günü azı 770 tələbənin testinin cavabının müsbət çıxdığını bildirib. Universitet onların hamısının özünü-təcridə aldıqlarını deyib.

Britaniyada son bir neçə həftədə onlarla univesitetdə kütləvi yoluxma halları qeydə alınıb. Hökümət cümə günü ölkə boyu 6968 insanın koronavirusa yoluxduğunu bildirib.

Hindistanda şənbə günü koronavirusdan ölənlərin sayı 100,000-ə çatıb. Lakin ictimai səhiyyə rəsmiləri bu rəqəmin daha yüksək ola biləcəyini deyir, çünki ölkə pandemiyadan öncə də bütün ölüm hallarını qeydə almaqda çətinlik çəkirdi.

Kanada cümə günü ailələrin bir araya gəlmələrinə imkan vermək üçün sərhəd məhdudiyyətlərini yumşaldacaqlarını bildirib.

Bundan əlavə cümə günü Avstraliya və Yeni Zelandiyada iki ölkə arasında daha çox səfərlərə imkan yaradmaq üçün sərhədlərini qismən açıblar.

Lakin Yeni Zelandiya Avstraliyadan gələn bütün insanların iki həftəlik karantində qalmalarını tələb edir.

XS
SM
MD
LG