Hazırda son məlumatlara əsasən dünya üzrə COVID-19-a 5,8 milyon yoluxma halı qeydə alınıb. Xəstəlik səbəbi ilə həyatını itirənlərin sayı isə 360 mindən çoxdur.
Amerika qitəsi bu xəstəliyin yeni episentridir. Belə ki, ABŞ 1,7 milyondan çox yoluxma sayı üzrə dünyada birincidirsə, Braziliya 438 min yoluxma halı ilə ikinci yerdədir.
BMT-nin baş katibi Antonio Qutterş pandemiyanın hökumətlər tərəfindən tədbirlər görülmədiyi təqdirdə, aclıq və kütləvi işsizlik də daxil olmaqla "dünyada təsəvvür edilməz dağıntı və əzablara" səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
"İnkişaf etmiş ölkələr öz yardım paketlərini elan etdilər, çünki onlar bunu edə biləcək gücdədir" - deyə, baş katib təxminən 50-ə yaxın dünya lideri ilə keçirilən virtual sammitdə çıxş edərkən bildirib. "Lakin biz hələ də inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə kifayət qədər dəstək və həməylik nümayiş etdirdiyini görmürük", o əlavə edib.
Hazırda xəstəlik səbəbi ilə dünya üzrə bütün böyük tədbirlər və idman yarışları ləğv olunub.
Son 124 illik tarixində ilk dəfə olaraq Boston Marafonu da virus səbəbi ilə təxirə salınıb. Aprel ayında təxirə salınmış marafonun təşkilatçıları əfsanəvi tədbirin 14 sentyabrda keçirilə biləcəyinə ümidli edirlər.
1897-ci ildən keçirilməyə başlayan Boston Marafonu tarixin ən uzun müddət baş tutan qaçış yarışıdır.