Accessibility links

Dünya 2020-nin gəlişini qarşılayır


İzdiham atəşfəşanlığı seyr edir. Brisbane, Avstraliya, 31 dekabr, 2019. AAP Image/Dan Peled
İzdiham atəşfəşanlığı seyr edir. Brisbane, Avstraliya, 31 dekabr, 2019. AAP Image/Dan Peled

Dünya boyu insanlar 2020-ci ilin gəlişini qeyd edirlər.

Yeni Zelandiya və başqa Sakit Okean hövzəsi adalarının sakinləri yeni ilin gəlişini atəşfəşanlıqla qeyd edən ilk insanlar olub.

Dünyanın digər guşələrində yeni il şənliklər bir sıra narahatlıqlarla müşayiət olunur.

Qızmar temperatur və genişmiqyaslı kol yanğınları ilə çarpışan Avstraliyanın bəzi şəhərlərində icmalar yeni il atəşfəşanlıqlarını təxirə salıblar.

Nyu York şəhəri yeni ilin gəlişinə hazırlaşır.
Nyu York şəhəri yeni ilin gəlişinə hazırlaşır.

Demokratiya təmayüllü nümayişlərin aylardır ki, vüsət aldığı Honq Konqda təhlükəsizlik səbəbləri üzündən ənənəvi atəşfəşanlıq təxirə salınıb.

Yeni il vaxt zonaları ilə qərbə doğru irəlilədikcə Berlin, Dubay və Nyu Yorkda da yeni il şənlikləri planlaşdırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG