Accessibility links

Dünya Bankı: Qadınlar kişilərin qanuni hüquqlarının 75 faizinə malikdir


Dünya Bankı “Qadınlar, Biznes və Hüquq 2019: İslahatların 10 ili” adlı hesabat açıqlayıb. Bu hesabat çərçivəsində hazırlanan indeks qadının işə başlayandan pensiya alanadək iş həyatını, onun həyatının hər bir dönəmində təmin olunduğu hüquqi qorumaları öyrənib. İndeks 187 ölkə üzrə 10 illik bir müddət səkkiz indikatoru əhatələyir.

Son 10 ildə indeksin ölçüldüyü sahələr üzrə ciddi irəliləyişin əldə olunduğu vurğulanır. Bu müddət ərzində qlobal orta göstərici 70-dən 75-ə qalıb. 131 ölkədə qanunlara qadınların iqtisadi iştirakını yaxşılaşdırmağı hədəfləyən 274 islahat aparılıb. 35 ölkədə iş yerində cinsi qısnamaya qarşı hüquqi qaydalar tətbiq olunub və bu, 10 il öncəyə baxanda 2 milyarddan artıq qadının qorunması deməkdir.

22 ölkə qadınların işləməsinə qadağanı qaldırıb. 13 ölkədə isə eyni dəyərli işə görə bərabər maaş təyin edən qanun qəbul olunub.

Azərbaycanın göstəricisi 78,75-dir. Qonşulardan Gürcüstanın indeksi 79,38, Ermənistanın 83,13, Rusiyanın 73,13, İranınkı 31,25-dir.

Son 10 ildə Avropa və Orta Asiyada 47 islahatın aparıldığı, onların çoxunun pensiyayla bağlı olduğu vurğulanır. Bu indikator üzrə islahat aparan ölkələr sırasında Azərbaycanın da adı çəkilir.

Bundan başqa Azərbaycanın da məişət zorakılığına qarşı qanunun qəbul olunduğu ölkələr sırasında olduğu vurğulanır.

Altı ölkə - Belçika, Danimarka, Fransa, Latviya, Lüksemburq və İsveç 100 bal yığıb, yəni onlar ölçülən sahələr üzrə qadınlara və kişilərə eyni hüquqlar verirlər. On il öncə heç bir ölkə belə bir iddiada deyildi.

Qazaxıstan və Ukrayna daxil olmaqla, 9 ölkə qadınların və kişilərin tam müavinətlə pensiyaya çıxma yaşını bərabərləşdirməyə çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG