Accessibility links

Dünya BMT-nin sabiq baş katibi Kofi Annana son ehtiramını bildirib


Dünya BMT-nin sabiq baş katibi Kofi Annana son ehtiramını bildirib. Vətəni Qanada təşkil edilən dəfn mərasimində onun xanımı dünyanın sabiq və hazırkı liderləri də daxil edilməklə, yüzlərlə insanın başsağlığını qəbul edib.

Dərrakən və şəfqətin daim bizə harda olursaq, olsaq, bələdçilik etsin

Nane Maria həyat yoldaşını qeyri-adi insan adlandıraraq, onun həyat sevgisi ilə dolu olduğunu deyib.

"Sevgilim, sən uzun həyat yoluna start verdiyin vətənindəsən. Dərrakən və şəfqətin daim bizə harda olursaq, olsaq, bələdçilik etsin" - deyə o bildirib.

Annanaın oğlu Kojo atasının həyatını birlik, bərabərlik, sevgi, sülh və ehtirama həsr etdiyi deyib.

"Ona göstərəcəyimiz ən böyük ehtiram onun yolunu davam etdirməkdir" - deyə Kojo əlavə edib.

3 günlük vida mərasimində minlərlə adi qanalı iştirak edib.

Qana prezidenti Nana Akufi-Addo Annanı müasir dünyanın görkəmli şəxsiyyəti adlandırıb.

Annan BMT-yə 1997- 2006 illərdə rəhbərlik edib. O, bu vəzifədə çalışan ilk Böyük Səhraaltı ölkəsinin ilk nümayəndəsi olub.

Kofi Annan qısa sürən xəstəlikdən sonra avqust ayının 18-də İsveçrədəki evində vəfat edib.

XS
SM
MD
LG