Accessibility links

Dünya boyu 1 milyarda yaxın insan virus səbəbilə evdən çıxmır


Frankfurt, Almaniya
Frankfurt, Almaniya

Dünya boyu bir milyarda yaxın insan şənbə günü evlərindən bayıra çıxmayıb. Koronavirusdan ölənlərin sayı 11.000-io keçib. Bəzi ABŞ ştatları da Avropa boyu tətbiq olunan karantin tədbirlərini görməyə başlayıb.

Pandemiya insanların həyatlarını dəyişib, hərəkətlrini məhdudlaşdırıb, məkətblərin bağlanmasına, milyonalar isnanın evdən işləməsinə səbəb olub.

Prezident Donald Tramp Birləşmiş Ştatlar virusa qarşı müharibədə “ qalib gəldiyini" təkid etsə də, individual ştatlar məhdudiyyətləti artırıb, Nyu York və İllinoyts ştatı da Kaliforniya ştatı kimi sakinləri evdən bayıra çıxmamalarına dair göstəriş verib.

Los Anceles
Los Anceles

Dünya boyu ölüm halları 11.000-i keçib, onların 4.000-i İtaliyada qeydə alınıb. Orada son bir həftədə ölənlərin sayı sürətlə artıb.

Hazırda dünyanın 35 ölkəsində təxminən 900 milyon insan evlərində ilişib qalıb. Onların 600 milyonunu hökümətləri tərəfindən məcburi karantinə alınıb.

Virusun ən pis təsirinə məruz qalanlar yaşlılar və xəstəlikləri olan insanlar olsa da, Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, virus gənclər üçün də təhlükəli ola bilər.

“Bu gün mənin mesajım gənclərədir: siz yenilməz deyilsiniz. Siz bu virus səbəbilə həftələrlə xəstəxanada qala hətta ölə bilərsiniz,” Ümumdünya Səhiyyə Təşkilatının sədri Adhanom Ghebreyesus bildirib.

Əmman, İordaniya
Əmman, İordaniya

"Siz hətta xəstələnməsəniz belə, sizin harayasa gedib-getməmək seçiminiz başqa birisinin həyatda qalmasına və ya ölməsinə səbəb ola bilər,” o deyib.

Çində şənbə günü artıq üçüncü gündür virusa yeni yoluxma halı qeydə alınmayıb. ÜST bildirib ki virusun ortaya çıxdığını Çinin Uhan şəhəri “dünyaya ümid olur.”

Lakin regionda yeni “idxal olunmuş” infeksiya dalğasının başlaması ilə bağlı narahatlıqlar mövcuddur. Honq Konqda cümə günü virusa 48 insan yoluxub ki, bu da orada böhran başlayandan bəri bir gündə qeydə alınan ən çox yoluxma hadisəsidir. Bu insanların çoxu Avropaya səfər edib.

Cümə günü İtaliyada 627 ölüm halı qeydə alınıb və beləliklə virusdan ölənlərin sayı 4000-i keçib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG