Cons Hopkins Resurs Mərkəzi şənbə günü bildirib ki, dünya boyu 84 milyon COVID-19-a yoluxma qeydə alınıb. ABŞ 20 milyon yoluxma ilə dünya ölkələri arasında birinci yerdə gəlir. Bu isə o deməkdir ki, qlobal yoluxmaların dörddə biri ABŞ-ın payına düşür. Hindistan 10 milyon yoluxma halı ilə iki, Braziliya isə 7.7 milyon yoluxma halı isə üçüncü yerdə gəlir.
Brtianiya rəsmiləri pandemiyanın başlanğıcında qurulan fövqəladə xəstəxanalarının fəaliyyətini yenidən bərpa edir, çünki ölkə koronavirusun daha yoluxucu yeni variant ilə mübarizə aparır.
Reuters xəbər agentliyinin məlumatına görə, Britaniyanın Milli Təhiyyə Xidmətinin sözçüsuü bildirib ki, səhiyyə işçiləri ehtiyac olduğu təqdirdə Londonun Nightingale xəstəxanalarını yenidən istifadəyə verməyə hazırlaşırlar.
Müvəqqəti Nightingale xəstəxanaları şəhərin bir neçə hissəsində ordu tərəfindən qurulub və koronavirus pandemiyasının ilk dalğazı zamanı az istifadə olunduqları üçün o zamandan bəri fəaliyyətləri dayandırılıb.
Cümə günü Britaniyada COVID-19-a 53,285 yeni yoluxma halı qeydə alınıb. Bu, bir öncəki gün rekord olan 55,892-dan çoxdur və artıq dördüncü gündür ki, yoluxmalar 50,000-i ötür. Bu isə bir neçə həftə ilə müqayisədə iki dəfə çoxdur.
Britaniya rəsmiləri deyir ki, yoluxmaların artmasına səbəb ilk dəfə İngiltərədə üzə çıxan və daha yoluxucu olan koronavirusun yeni variantıdır.
Bu yeni variant Britaniyada yeni qapanmalara habelə dünya boyu Britaniyadan gələn sərnişinlərə səyahət məhdudiyyətlərinin tətbiq olunmasına səbəb olub.
The New York Times cümə günü bildirib ki, artıq 33 ölkədə yeni variant aşkar edilib, 40-dan çox ölkə isə Britaniyadan gələn sərnişinlərə qadağa tətbiq edib.
Türkiyə cümə günü britaniyalıların ölkəyə daxil olmasına qadağa tətbiq edən son ölkə oldu. Belə ki, orada koronavirusun yeni variantına 15 yoluxma halı qeydə alınıb. Türkiyə bildirib ki, yeni variantların hamısı yaxınlarda Britaniyadan gələn insanlarda üzə çıxıb.
Filippin də Floridada yeni varianta yoluxma üzə çıxdığı bildiriləndən sonra Birləşmiş Ştatlardan gələn insanların ölkəyə daxil olmasını qadağan edəcəyini bildirib. Rəsmilər qadağanın ən azı yanvarın 15-dək davam edəcəyini deyib.
Florida Kolorado və Kaliforniyadan sonra yeni koronavirusun aşkar olunduğu üçüncü ABŞ ştatıdır.
Fransa 2.6 milyon yoluxma halı ilə Qərbi Avropa ölkələri arasında birinci yerdə gəlir.