Accessibility links

Dünya boyu COVID-19 halları 90 milyona yaxınlaşır


Cons Hopkins Koronavirus Resurs Mərkəzi şənbə günü dünya boyu COVID-19-a yoluxma hallarının 90 milyona çatdığını bildirib.

Birləşmiş Ştatlar 22 milyon yoluxma ilə bütün ölkələr arasında birinci yerdə gəlir. Hindistan isə 10.5 milyon yoluxma ilə ikinci yerdədir.

ABŞ cümə günü COVID-19-a 300 000 yeni yoluxmanın qeydə alındığını bildirib ki, bu rekord göstəricidir.

ABŞ-ın bəzi ştatlarında yoluxmalar artdığı üçün Prezident seçilmiş Co Bayden COVID-19 vaksinlərinin tez bir şəkildə yayılmasının tərəfdarı olduğunu bildirib. Bu isə o deməkdir ki, istəyən hər kəsin vaksinə çıxışı olacaq. Vaksinin ikinci dozası birincisindən bir neçə həftə sonra tətbiq edilir.

Yoluxucu xəstəliklər üzrə ekspert Antoni Fauçi bu həftənin əvvəlində deyib ki, o, Bayden vəzifəyə gəldiyi zaman ABŞ-ın Amerika xalqına “prezident seçilən Baydenin də dediyi kimi gündə 1milyon vaksin vura biləcək.”

Lakin ABŞ-da bəzi ağla sığmayan hadisələr baş verib. Belə ki, Associated Press hospital və qocalar evində çalışan bəzi səhiyyə işçilərinin vaksin vurmaqdan çəkindiyini bildirir. AP bəzi yerlərdə apardığı araşdırma nəticəsində tibbi heyətin 80 faizinin vaksin olmağı rədd etdiyini aşkar edib.

“Bir həkim xəbər agentliyinə “data nəticələrinin təhlil etmək” üçün bir neçə ay gözləmək istədiyini bildirib. O “məncə heç kəs sınaq obyekti olmaq istəmir” deyib.

Bir tibb bacısı vaksinin “bilinməyən yan təsirləri” səbəbilə vaksin olmağı təxirə salmaq istədiyini bildirib.

Lakin bəzi tibbi işçilər şübhələrindən qurtulurlar. Bir baş həkim AP-yə deyib ki, “Bizim işçilərimizin inam qazanmalarına başqa tibb işçilərinin vaksin olduqdan sonra normal halda olmalarını görmək yardım etdi.”

Bəzi ölkələr də vaksinlərə təmkinlə yanaşırlar. Britaniyanın The Guardian qəzeti Avstraliya, Yeni Zelandiya, Tayvan, Yaponiya və Cənubi Koreya dünyanın başqa yerlərində vaksinin nəticələrini görməyə qərar verdiyini bildirir.

Avstraliyalı həkim, eyni zamanda isə Yeni Zelandiyada dərman məhsullarının yeganə alıcısının məsləhət komitəsinin üzvü olan Cennifer Martin “Əgər bir az gözləyib daha çox məlumat əldə edə biləriksə, nə üçün insanları riskə atmalıyıq ki?” deyib.

Ümumdünya Səhiyyə Təşkilatının başçısı Tedros Adhanom Ghebreyesus cümə günü COVID-19 vaksinlərinin istehsalçılarını və zəngin ölkələri vaksinləri yoxsul ölkələr üçün əlçatan etməyə çağırıb. O deyib ki, koronavirus vaksinlərini tətbiq edən 41 ölkənin əksəriyyəti yüksək gəlirli ölkələr və bir neçəsi də orta gəlirli ölkələrdir.

İranın ali ruhanisi Ayətullah Əli Xamenei Amerikanın Pfizer-BioNTech və Britaniyanın AstraZeneca şirkətlərinin hazırladığı vaksinlərin idxalını qadağan edib və buna Qərb ölkələrinə etibarsızlığı səbəb göstərib.

Xamenei başqa “təhlükəsiz” yerlərdən vaksinlərin idxalına icazə verəcək və hələ də ölkəsinin vaksin istehsal etmək səylərini dəstəkləyir.

İran dekabrda vaksini insanlar üzərində sınaqdan keçirməyə başlayıb və rəsmilər ümid edir ki, onlar bir neçə ay ərzində hazır olacaq.

Şərhlərə bax

XS
SM
MD
LG