Accessibility links

Dünya boyu koronavirusa 175 milyondan çox yoluxma halı qeydə alınıb


Hindistanın səhiyyə nazirliyi şənbə günü bildirib ki, ölkədə son 24 saat ərzində COVID-19-a 84 332 yeni yoluxma halı qeydə alınıb. Bu, son 70 gündə ölkədəki ən aşağı göstəricidir.

Cons Hopkins şənbə günü bildirib ki, COVID-19 -a qlobal yoluxmalar 175.2 milyona çatıb. Ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. İkinci yerdə isə 29.3 milyon yoluxma halı ilə Hindistan gəlir. Cons Hopkinsin məlumatına görə, Rusiyada 5 milyon yoluxma qeydə alınıb.

Britaniyada həkimlərin əsas həmkarlar ititfaqı hökuməti koronavirus məhdudiyyətlərini yumşatmaq planlarını təxirə salmağa çağırır, çünki yeni məlumatlar yoluxuculuğu yüksək olan Delta variantında artımın olduğunu göstərir.

Britaniyanın Tibbi Assosiasiyası cümə günü bildirib ki, “məntiqli ləngimə” yoluxmaların artmasının qarşısını almağa yardım edə bilər.

Hökumətin cümə gününə olan göstəriciləri COVID-19-a 8125 yeni yoluxma halının qeydə alındığını göstərir ki, bu da fevral ayından bəri ən yüksək göstəricidir. İlk dəfə Hindistanda ortaya çıxan Delta variantı ölkədəki yoluxmaların 90 faizini təşkil edir.

Baş nazir Boris Consonun hökumətinin irəli sürdüyü COVID-19 Yol Xəritəsinə əsasən, pandemiya ilə əlaqədar bütün məhdudiyyətlərin iyunun 21-də aradan qaldırılacağı gözlənilirdi.

Lakin Britaniyanın vaksin naziri Nadhum Zəhavi cümə günü müsahibəsində deyib ki, Delta variantının dominantlığı nəzərə alındıqda, ölkə məhdudiyyətləri aradan qaldırmağa diqqətlə yanaşmalıdır.

Zəhavi deyib ki, hökumət bu həftə sonuna olan göstəriciləri diqqətlə nəzərdən keçirməlidir, onları xalqla bölüşməldir və daha sonra məhdudiyyətlərin aradan qaldırılması barədə qərar verməlidir.

Consonun bazar ertəsi məhdudiyyətlərin əlavə dörd həftə boyunca davam edəcəyini açıqlayacağı gözlənilir.

Bu arada isə Çikaqo ABŞ-da məhdudiyyətləri tamamil aradan qaldıran ABŞ-ın dördüncü böyük şəhəri oldu. Şəhərin meri Lori Laytfud mətbuat konfransı zamanı məhdudiyyələrin qaldırıldığını açıqlayan zaman müxbirlərə deyib ki, Çikaqo sakinləri bir ildən uzun bir müddət çox çətinlik çəkiblər, amma hər an üzərlərinə düşəni etməyə davam ediblər.

“Siz maska taxdınız, vaksin oldunuz, indi isə bu yay evdən çıxıb, planetimizin ən gözəl şəhərində, sevimli Çikaqomuzda keçirilən tədbirlərdə tam təhlükəsiz şəkildə iştirak etməyinizin vaxtıdır,” Laytfut deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG