Accessibility links

Dünya boyu koronavirusa yoluxanların sayı 40 milyonu keçdi


Hazırda dünya boyu COVID-19-a 40 milyon təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bazar ertəsi bildirdiyinə görə, dünya boyu koronavirusa 40 milyon 050 min 902 nəfər yoluxub və 1.1 milyondan çox insan ölüb.

Ən son yoluxanlar arasında danışıqlar prosesdində veteran fələstinli müzakirəçi və Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Erekat da var. Bazar günü Qüds xəstəxanasına aparılan Erekat süni tənəffüs aparatına qoşulub.

Bu ayın əvvəlində COVID-19 diaqnozu qoyulan 65 yaşlı Erekata 2017-ci ildə ABŞ-da ağciyər transplantasiyası əməliyyatı olduğuna görə, onun immun sistemi zəifləyib və virusa qarşı həssas olub.

Saib Erekat
Saib Erekat

Hadassah Tibb Mərkəzinin sözçüsü bazar ertəsi Erekatın "sakit bir gecə keçirdiyini", lakin sonradan onun vəziyyətinin pisləşdiyini və "hazırda kritik olduğunu" deyib.

COVID-19-a yoluxmuş digər bir tanınmış şəxs Cənubi Afrikanın səhiyyə naziri Zveli Mxizedir. Mxize bazar ertəsi verdiyi açıqlamada özünün və həyat yoldaşının yüngül simptomları olduqdan sonra testdən keçdiklərini və etstin nəticəsinin müsbət olduğunu bildirib. Mxize ilə bağlı bu xəbər Cənubi Afrikada rəsmi olaraq koronavirusa 700 min yoluxma halının təsdiq edilməsindən neçə gün sonra verilib.

Cənubi Afrikanın səhiyyə naziri Zveli Mxize
Cənubi Afrikanın səhiyyə naziri Zveli Mxize

Associated Press xəbər agentliyinin verdiyi məlumata görə, İranda bazar günü rekord 279 ölüm hadisəsindən sonra bir gündə koronavirus nəticəsində 337 ölüm halı qeydə alınıb.

ABŞ 8.1 milyon yoluxma və təxminən 220 min ölüm halı ilə dünyada COVİD hallarında görə birinci yerdə qalmaqda davam edir.

İtaliya, Fransa və Britaniyanın şəhərləri COVID-19-un ikinci dalğasının qarşısını almaq üçün yeni məhdudiyyətlər tətbiq edərkən, Avstraliyanın cənubunda Melburn şəhərində üç aydır davam edən sərt məhdudiyyətlər tədricən aradan qaldırılmağa başlayıb.

XS
SM
MD
LG