Accessibility links

Dünya boyu koronavirusa yoluxma halları 100 milyona yaxınlaşır


Dünya boyu COVID-19-a yoluxma halları 100 milyona yaxınlaşır. Cons Hopkins Koronavirus Resurs Mərkəzinin şənbə gününə olan məlumatına görə, qlobal miqyasda koronavirusa 98 milyondan çox yoluxma halı, 2 milyondan çox isə ölüm halı qeydə alınıb.

“Hələ ki, bu oyunda virus öndədir, amma bizim iki yaxşı oyunçumuz var: vaksin və yaz,” Belçika Səhiyyə Nazirliyinin sözçüsü İv Van Laetema ölkəsindəki COVID vəziyyəti ilə bağlı deyib.

Van Laetema yazın isti havasının Belçikada xəstəxanaya yerləşdirilən insanların sayının azalmasına səbəb olacağına ümid bəslədiyini deyib.

Belçikada COVID-19-a təxminən 690 min yoluxma halı qeydə alınıb, 20 mindən çox insan isə həyatını itirib.

Çin rəsmiləri Honq Konqun bir hissəsini bağlayıblar. Cordan Honq Konqun ən sız məskunlaşan rayonlarından biridir. Rəsmilər şənbə günü ərazidə hər kəsi test etdiklərini bildiriblər. Buna səbəb yanvarda ərazidə 162 yoluxmanın qeydə alınmasıdır. Honq Konqda ümumilikdə koronavirusa 10 000-dən az yoluxma qeydə alınıb.

Almaniyanın səhiyyə rəsmiləri cümə günü bildirib ki, ölkədə ölüm halları 50 000-i ötsə də, yoluxma sürəti azalıb.

Berlində keçirilən mətbuat konfransında Robert Koch İnstitutunun başçısı Lotat Viler rəqəmlərdə “bir az müsbət trend” müşahidə etdiyini və yolxumaların sayının azalmasına səbəb olaraq noybarda qüvvəyə minən, daha sonra isə sərtləşdirilən qapanma tədbirlərini gördüyünü deyib.

Bundan əlavə cümə günü Astra Zeneca-nın regiona vaksini proqnozlaşdırılan hədəfdən daha az həcmə çatdırılmasını elan etməsi Avropa ölkələrinə əlavə zərbə vurub.

Şirkət açıqlamasında bildirib ki, “ilkin həcm Avropanın təchizat zənciri daxilindəki istehsalın az olması səbəbilə gözlənildiyindən daha az olacaq.”

Birləşmiş Ştatlarda Prezident Co Bayden koronavirus pandemiyasının təsirinə məruz qalan ailələri ərzaq və maliyyə təhlükəsizliyi ilə təmin edən sərəncamlar imzalayıb.

XS
SM
MD
LG