Accessibility links

Dünya boyu koronavirusa yoluxma halları 135 milyona yaxınlaşır


Cons Hopkins Koronavirus Resurs Mərkəzinin şənbə günü bildirdiyinə görə, dünya boyu COVID-19 təxminən 137.2 milyon yoluxma halı qeydə alınıb. ABŞ 31 milyon yoluxma ilə birinci yerdə, Braziliya 13.3 milyon yoluxma ilə ikinci, Hindinstan isə üçüncü yerdə gəlir. Orada yoluxma halları 13.2 milyona çatıb.

Hindistanda artıq beşinci gündür koronavirusa rekord yoluxmalar qeydə alınır. Səhiyyə nazirliyi şənbə günü son sutkada 145,283 nəfərin COVID-19-a yoluxduğunu bildirib.

Britaniyada təcili tibbi yardım həkimləri bildirir ki, AstraZeneca peyvəndinin nadir və mümkündür ölümcül beyində qan laxtalanmasına səbəb ola biləcəyinə dair məlumatların yayılmasından sonra çox sayda insan baş ağrısı və aldıqları AstraZeneca vaksini ilə bağlı narahatlıqları səbəbilə xəstəxanaya müraciət edirlər.

“Yüngül və davamlı baş ağrıları olan, amma ümumilikdə vəziyyətləri yaxşı olan insanlar görürük,” Təcili Tibbi Yardım Kral Kollecinin prezidenti Dr. Katerin Henderson The Guardian qəzetinə bildirib.

Avropa İttifaqının dərman tənzimləyicisi AstraZeneca vaksini ilə qan laxtalanması arasında əlaqənin olduğunu elan etməsindən sonra bir neçə ölkə həmin vaksindən istifadəyə dair yeni göstərişlər irəli sürüb.

Several nations have issued new guidelines over the use of AstraZeneca’s COVID-19 vaccine after the European Union’s medical regulator announced a link between the vaccine and the blood clots.

Vaksinin britaniyalı-isveçrəli əczaçılarla Oksford Universitetinin alimlər tərəfindən birgə inkişaf etdirildiyi Britaniyada hökümət 30 yaşdan aşağı insanlara alternativ vaksin vurulacağını bildirib. Oksford tədqiqatçıları həmçinin AstraZeneca-nın uşaqlar və yeniyetmələr üzərində sınaqlarını dayandırıb, çünki Britaniyanın dərman tənzimləyiciləri iki dozalı bu vaksinin təhlükəsizliyi ilə bağlı araşdırma aparır.

Reuters deyir ki, İspaniya və Filippin vaksini yalnız 60 yaşından yuxarı insanlara tətbiq edəcək, The Washington Post isə İtaliyanın da bənzər qaydalar tətbiq etdiyini bildirib.

Avropa Dərman Agentliyi aprelin 7-də bildirib ki, qan laxtalanması AstraZeneca vaksininin çox nadir rast gəlinən yan təsiri ola bilər, amma yenə də vaksinin ümumi faydalarının hər hansı riskdən daha çox olduğunu vurğulayıb. Nadir rast gəlinən qan laxtalanmaları Avropa boyu 14 nəfərin ölümü ilə əlaqələndirilib.

AstraZeneca Britaniyanın son dərəcə sürətli peyvənd kampaniyasında istifadə olunan əsas vaksindir. Lakin dünya boyu vaksindən istifadə ilə bağlı problemlər yaranıb, çünki onun klinik sınaqların son mərhələsində yaşlılara təsiri ilə bağlı kifayət qədər məlumat olmayıb və bu da Avropa boyu peyvəndləmə kampaniyalarını ləngidib. Bir çox ölkə qan laxtalanması hadisələri ilə bağlı ilk məlumatlar yayılmağa başladığı zaman AstraZeneca vaksinindən istifadəni dayandırıb.

Avropa Dərman Agentliyi 34 milyon doza vaksin vurulandan sonra 200-dən az nəfərdə beyində nadir qan laxtalanmasının olduğuna dair məlumat aldığını bildirib.

Yaponiyanın Baş Naziri Yoşihide Suqa cümə günü deyib ki, Tokioda COVID-19-a yoluxmaların artmasının qarşısını almaq üçün bir ay boyunva “yarı-fövqəladə” hal elan olunacaq.

XS
SM
MD
LG